Rusiyanın baş naziri Vladimir Putin 2010-cu ildə əcnəbi işçi qüvvəsinin cəlb edilməsi ilə bağlı kvotanın 2 milyondan 1,3 milyon nəfərə qədər azaldılması barədə qərar verib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Rusiyanın Müstəqil Həmkarlar Federasiyasının rəhbəri Mixail Şmakov açıqlama verib.
Onun sözlərinə görə, bu ciddi azalmadır. O, əlavə edib ki, əgər əmək bazarında vəziyyət yaxşılaşsa, hökumət yenidən kvota məsələsinə qayıda bilər. Şmakov ümidvar olduğunu bildirib ki, Rusiyanın əmək bazarı böhrandan tez çıxacaq.