Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Ötən il büdcəyə vergi borcları artıb

Rövşən Ağayev: “...Maliyyə göstəriciləri əvvəlki illərlə müqayisədə daha ziddiyyətli təsəvvür yaradır”

Dünən “Hyatt Park” hotelində Milli Büdcə Qrupu (MBQ) 2008-ci ilin büdcə layihəsinin icrası ilə bağlı rəyinin təqdimatını keçirdi. Tədbirdə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev 2008-ci ilin büdcə layihəsinin icrası ilə bağlı məruzə ilə çıxış etdi. Bildirdi ki, büdcənin icrası ilə bağlı vəziyyət ilk baxışdan qənaətbəxş görünsə də maliyyə göstəriciləri əvvəlki illərlə müqayisədə daha ziddiyyətli təsəvvür yaradır.

“2008-ci ilin büdcə gəlirlərinin icrası 102,7 faiz icra olunub. Bu da 2007-ci illə müqayisədə 4756,1 mln. manat və ya 79,2 faiz çoxdur. Xərclər isə 97,4 faizlə icra olunub ki, bu da 2007-ci illə müqayisədə 4688 mln. manat və ya 77 faiz çoxdur”. Büdcənin gəlirlər hissəsinin icrasında meyllərdən bəhs edən R.Ağayev qeyd edib ki, büdcənin formalaşmasında vergi gəlirlərinin rolu son dərəcə aşağı düşüb: “Büdcə daxilolmalarının ümumi həcmində vergi gəlirlərinin payı 58,3 faiz təşkil edib. Bu da 2007-ci ildəki səviyyədən az olmaqla son illərin ən aşağı göstəricisidir. Dövriyyədən tutulan vergilərin ümumi vergi daxilolmalarında payı yenidən artıb”. O dedi ki, ötən il dövlət büdcəsinin neft gəlirlərindən asılılığı daha da güclənib: “Əgər 2007-ci ildə neft gəlirlərinin büdcədə payı 61,3 faiz olmuşdusa, ötən il həmin göstərici 68,3 faiz təşkil edib. Büdcənin neft gəlirlərindən kəskin asılılığı qeyri-neft büdcə kəsirinin də sürətlə artmasına səbəb olub. 2007-ci ildə dövlət büdcəsinin qeyri-neft kəsirinin qeyri-neft sektorunda formalaşan ÜDM-ə nisbəti 32 faiz təşkil etmişdisə, 2008-ci ildə həmin göstəricinin səviyyəsi 42,2 faizə yüksəlib. Milli sahibkarlıq subyektlərinin büdcənin formalaşmasına töhfəsi son dərəcə aşağı səviyyədə olub”.
Onun sözlərinə görə, əvvəlki illə müqayisədə bir sıra tədiyyə növləri üzrə özəl sektorun ödənişləri azalıb.
R. Ağayev xərclərin icrasındakı meyllər barədə də məlumat verdi. Bildirdi ki, büdcə xərclərinin strukturunda dəyişikliklər baş verib: “Dəyişiklik nəticəsində büdcənin sosial yönümlülüyü xeyli zəifləyib, investisiya tutumluluğu isə əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2007-ci ildə təhsil, səhiyyə, sosial müdafiə və mədəniyyət-incəsənət xərclərinin məcmu büdcə xərclərində payı 27,5 faiz olubsa, ötən il həmin göstərici 21,5 faiz təşkil edib. Büdcə xərclərinin icra və dürüstləşdirilmiş göstəriciləri arasında kəskin fərqlərin yaranması xərclərin proqnozlaşdırılması sahəsində ciddi problemlərin olduğunu nümayiş etdirir. Digər tərəfdən, bu xərclərin məbləği əvvəlcədən bilinir və bu səviyyədə kənarlaşmanın səbəbini ciddi arqumentlə izah etmək çox çətindir. Analoji hal başqa müdafiə olunan xərc maddəsinə -əmək ödənişi xərclərinə münasibətdə də baş verib. Əmək ödənişi üzrə proqnozlaşdırılan xərclər təhsil funksional bölməsi üzrə 87 faiz, səhiyyə funksional bölməsi üzrə isə 89 faiz icra olunub”.
Onun sözlərinə görə, hesabat dövründə dövlət büdcəsinə vergi borclarında əhəmiyyətli artım müşahidə olunub: “Dövlət büdcəsinə vergi borcları 2008-ci il ərzində 55,4 faiz və ya 1,5 milyard artaraq 4,2 milyard manata çatıb. Borcların 2,9 milyard manatı milli sahibkarlıq subyektlərinin, 1,3 milyard manatı dövlət müəssisələrinin payına düşüb. Bunlardan fərqli olaraq xaricə və birgə müəssisələrin vergi borcları cəmi 33 milyon manat olub. Halbuki yerli özəl sektorun vergi borcları onun faktiki vergi ödənişlərindən təxminən 2,5 dəfə çox təşkil edib. Başqa tərəfdən 2008-ci il dövlət büdcəsinin icrasına dair hesabatda proqnoz kimi təqdim olunan göstəricilərin müəyyən qismi ötən il mayın 2-də parlamentin təsdiqlədiyi "2008-ci ilin büdcəsinə dəyişikliklər haqqında" Qanunda əksini tapan proqnoz göstəricilərlə üst-üstə düşmür”.
Daha sonra R.Ağayev MBQ-nin hazırladığı tövsiyələri diqqətə çatdırdı.

Leyla ƏLİYEVA
"Yeni Müsavat" qəzeti
11.06.2009

Tarix: 11 Iyun 2009  |  Baxış sayı: 1129




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV