Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Bələdiyyə sistemi böhran içindədir
Vətəndaş cəmiyyəti Azərbaycanda yerli özünüidarəetmə orqanlarının 10 illik fəaliyyətinə qiymət verdi

“Bu seçkilər bir daha sübut etdi ki, Azərbaycanda bələdiyyə sistemi ciddi böhran işindədir. Bu işdə həm hakimiyyətin, həm də bütövlükdə cəmiyyətin günahı var.” “İqtisadi forum” jurnalının məlumatına görə, bu fikilər  İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin dekabrın 25-də “Azərbaycanda bələdiyyələrin 10 illik fəaliyyətinə baxış: nələri etmişik, nələri etməliyik?” mövzusunda keçirdiyi debatda səslənib.

Tədbiri giriş sözü ilə açan İTYİB sədri Azər Mehtiyev debatın keçirilmə məqsədini iştirakçıların nəzərində çatdırdı. “Artıq üç ildir ki, layihəni həyata keçiririk. Bu müddətdə yerli özünü idarənin problemlərinə dair 10-dan çox debat təşkil etmişik. Debatların keçirilməsində məqsəd Azərbaycanda yerli özünüidarəetmə sahəsində mövcud problemlərin aşkarlanması, müxtəlif fikirlərin, rəylərin və baxışların səslənməsi və müzakirələr vasitəsilə onlara ictimai diqqətin artırılmasıdır. Bugünkü debatımız bələdiyyələrin 10 illik fəaliyyətini yekunlaşdırdığı bir dövrə təsadüf etdiyindən qərara aldıq ki, onların yaradılandan bəri fəaliyyətinə nəzər salaq.”, - deyə sədr qeyd etdi.

İTYİB-nin eksperti Samir Əliyev Azərbaycanda yerli özünü idarənin 10 illik fəaliyyətini qiymətləndirmək üçün 25 respondent arasında apardıqları ekspert sorğusunun nəticələrini iştirakçıların diqqətinə çatdırdı. Onun sözlərinə görə, respondentlər 4 qrupu əhatə edib. Respondentlərin 24%-ni millət vəkilləri, 16%-ni QHT nümayəndələri və müstəqil ekspertlər, 40%-ni bələdiyyə üzvləri, 20%-ni KİV nümayəndələri təşkil edib. Dövlət qurumlarının nümayəndələrindən münasibət öyrənmək mümkün olmadığıdan onların rəyləri sorğuda yer almayıb.

Ekspertə görə, sorğuda rəyi soruşulanların yalnız 4%-i bələdiyyələrin fəaliyyətindən tam razı qaldığını bildirib. Respondentlərin 44%-i yerli özünüidarə orqanlarının fəaliyyətindən qismən, 52%-i isə ümumiyyətlə razə qalmadığını bildirib.

“Sorğunun nəticələrinə görə, jurnalistlər, QHT təmsilçiləri və müstəqil ekspertlər birmənalı olaraq bələdiyyələrin fəaliyyətinin onları qane etmədiyini bildiriblər. Millət vəkillərinin yarısı bu fikri dəstəkləyib. Bələdiyyə üzvlərinin isə cəmi 10%-i vətəndaş cəmiyyəti üzvlərinin və millət vəkillərinin fikirlərini bölüşüb. Sorğuda iştirak edən millət vəkillərinin 50%-i, bələdiyyə üzvlərinin 80%-i yerli özünüidarə orqanlarının fəaliyyətindən qismən razı qaldıqlarını bildiriblər. Bələdiyyələrin cəmisi 10%-i yerli özünü idarənin fəaliyyətindən tam razı qaldığını göstərib. “ – deyə ekspert qeyd edib.

S.Əliyevə görə, respondentlər bələdiyyələrin təşəbbüskarlıqlarını, qanunlara riayət etmələrini, əhaliyə açıqlıqlarını, beynəlxalq və yerli təşkilatlarla işləməyə meyilli olmalarını bu qurumların qaneedici fəaliyyəti kimi göstəriblər. Ancaq rəyi soruşulanlar bələdiyyələrin icra hakimiyyətlərindən asılılıqlarını, yalnız torpaq satışı ilə məşğul olmalarını, maliyyə şəffaflığına diqqət yetirməmələrini, maliyyə imkanlarının az olmasına qarşı narazılıqlarını gizlətməyiblər.  

Sorğuya görə, respondentlərin böyük hissəsi – 80%-i yerli özünü idarəetmə orqanlarının icra hakimiyyəti orqanlarından asılılığının aradan qaldırılmasının vacibliyini bildirib. Rəyi soruşulanların 76%-i maliyyə imkanlarının artılmasını dəstəkləyib.Sorğu iştirakçılarının 72%-i ixtisaslı kadr hazırlığı problemlərinin, bir o qədər hissəsi də səlahiyyətlərinin azlığı probemlərinin həllini önə çəkib. Respondentlərin 32%-i vergi dərəcələrinin aşağı olmasını diqqətə çatdıraraq onun artılımasını təklif edib.

Sonda S.Əliyev sorğudan çıxan nəticələri də iştirakçıların nəzərinə çatdırdı.

Tədbirdə “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının koordinatoru Abil Bayramov “Azərbaycanın bələdiyyə sistemi: ilk onillikdə əldə etdiklərmiz gələcək üçün nə vəd edir?” mövzusunda təqdimatla çıxış etdi. O öz çıxışına Azərbaycandakı mövcud yerli özünüidarə sisteminin qısa tarixçəsi ilə başladı və hazırkı situasiyanı belə qiymətləndirdi: “10 il fəaliyyət göstərmələrinə baxmayaraq bələdiyyələr hələ də real səlahiyyətlərə malik ictimai idarəetmə institutlarına çevrilə bilməyiblər”. Daha sonra A.Bayramov mövcud situasiyanı şərtləndirən səbəblər haqqında danışdı. O yerli özünüidarə sisteminin inkişafını əngəlləyən əsas səbəblər kimi bələdiyyələrin səlahiyyətlərinin məhdudluğunu, onların tam və müstəsna səlahiyyətlərə malik olmamasını, yerli idarəetmədə paralelliyin mövcud olmasını, bələdiyyələrin maliyyə və kadr potesialının zəif olmasını, bələdiyyə assosiasiyalarının fəaliyyətinin zəifliyini, Bakı və Gəncə kimi böyük şəhərlərə yerli özünüidarə hüququnun verilməməsini göstərdi. Abil Bayramov bələdiyyələrin birləşdirilməsi yolu ilə onların böyüdülməsi istiqamətində atılmış addımı müsbət addım kimi qiymətləndirməklə yanaşı qeyd etdi ki, bu addım öz-özlüyündə problemləri həll etmək gücündə deyil. Alyans koordinatorunun fikrincə islahatlar kompleks xarakter daşımalıdır. Natiq yerli özünüidarənin inkişafı istiqamətində fəaliyyət göstərən təşkilatların aşağıdakı istiqamətlərdə islahatların aparılmasını zəruru hesab etdiklərini bildirdi:

Bələdiyyələrin səlahiyyətləri ilə bağlı

- Yerli Özünüidarəetmə Haqqında Avropa Xartiyasının tələblərinə uyğun olaraq bələdiyyələrə tam və müstəsna səlahiyyətlər verilməlidir.

- Bələdiyyələrlə yerli dövlət hakimiyyəti orqanları arasında dəqiq səlahiyyət bölgüsü aparılmalıdır.


Bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi ilə bağlı

- Bələdiyyələrə onların səlahiyyətlərinin həyata keçirilməsini təmin edə biləcək dayanıqlı maliyyə mənbələri verilməlidir;

- Bələdiyyələrin mövcud vergi mənbələrindən səmərəli istifadə etmələrini təmin etmək üçün vergitutma mexanizmləri təkmilləşdirilməlidir;

- Bələdiyyələrin maliyyə imkanlarının artırılması məqsədilə müvafiq vergi qanunvericiliyinə dəyişiklik etməklə paylı vergi sistemi tətbiq edilməlidir

- Bələdiyyələrə dövlət büdcəsindən transfertlərin verilməsinin mövcud mexanizmləri təkmilləşdirilməli, bələdiyyələrə məqsədsiz transfertlərlə yanaşı məqsədli transfertlərin də verilməsi təmin edilməli və transfertlərin həcmi əhəmiyyətli dərəcədə artırılmalıdır;

- Bələdiyyələrin əlverişli şərtlərlə kreditləşməsi üçün uyğun mexanizmlər işlənib hazırlanmalıdır.


Bələdiyyə orqanlarının təşkili və onlar arasında səlahiyyət bölgüsü ilə bağlı

- Bələdiyyə sədrinin birbaşa əhali tərəfindən seçilməsi mexanizmi işlənib hazırlanmalı və bələdiyyə üzvlüyünə seçkilərlə yanaşı bələdiyyə sədrliyinə də seçkilər keçirilməlidir;

- Bələdiyyə orqanlarının səlahiyyət və öhdəliklərinin konkret dairəsi müəyyənləşdirilməli və qanunvericilikdə təsbit edilməlidir.


Bələdiyyələrarası əməkdaşlığın gücləndirilməsi ilə bağlı

- Azərbaycan bələdiyyələri arasında əməkdaşlığın gücləndirilməsi üçün ilk növbədə bələdiyyələrin milli assosiasiyalarının müstəqil fəaliyyəti üçün real təminatlar yaradılmalıdır.

- Assosiasiyalar qısa müddətdə öz internet səhifələrini yaratmalı və öz fəaliyyətlərini yaranma məqsədlərinə uyğun qurmalıdırlar.


Bakının statusu ilə bağlı

- Bakı şəhərinin statusu ilə bağlı kompleks münasibətləri tənzim edən “Bakı şəhərinin statusu haqqında” xüsusi qanun qəbul edilməlidir;

- Zəruri qanunvericilik bazası formalaşdırıldıqdan sonra Bakı bələdiyyəsinə birbaşa seçkilər keçirilməlidir;

- Formalaşdırılacaq Bakı bələdiyyəsi ilə Bakı Şəhəri İcra Hakimiyyəti arasında səlahiyyətlər bölgüsü, dövlət hakimiyyəti orqanları ilə münasibətlər və fəaliyyətlərin əlaqələndirilməsi məsələləri qanunla dəqiq tənzimlənməlidir;   

- Fəaliyyətinin səmərəliliyini və üzərinə düşən vəzifələrin icrasını təmin etmək üçün Bakı bələdiyyəsinin zəruri maliyyə resurslarına malik olması təmin edilməlidir.


Bələdiyyələrin kadr potensialı ilə bağlı

- Bələdiyyə kadrlarının hazırlığı sistemi yaradılmalı, tədris proqramları təkmilləşdirilməli, təlim-tədris proqramlarının rəsmi akkreditasiyası həyata keçirilməlidir;

- İxtisasartırma kursları ehtiyaclılığa əsaslanmalıdır;

- Bələdiyyə kadrlarının yenidən hazırlığı və ixtisaslarının artırılması sahəsində milli strategiya işlənib hazırlanmalı, bələdiyyə kadrlarının daha geniş hissəsini əhatə etmək üçün regional təlim-tədris mərkəzləri yaradılmalıdır.

Daha sonra tədbir iştirakçıları müzakirələrə qoşuldular. 

Müsavat partiyasının təmsilçisi Arif Hacılı çıxışında bildirdi ki, Azərbaycanda yerli özünüidarəetmə orqanlarının effektiv fəaliyyəti üçün statusu və səlahiyyətləri dəqiq müəyyənləşdiriməyib. Onun fikrincə, ölkədə yerli özünüidarənin formalaşması prosesində də problemlər mövcuddur. “Bilmək olmur bu formalaşma prosesi necə gedir? Davam edir yoxsa əks proses gedir?” deyən siyasətçi bələfiyyələrin institut kimi formalaşması üçün islahatları aparmağa qadir və arzu edən hakimiyyətin mövcud olmadığını qeyd edib.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqi çıxışıdan diqqəti torpaq hərraclarına yönəltdi.Onun sözlərinə görə, torpaq hərraclarının keçirim mexanizmləri 14 ay ləngidilməsi nəticəsində bələdiyyələrin maliyyə imkanları məhdudlaşıb. O, torpaq hərracının seçkidən 1 həftə öncə və seçkidən dərhal sonra keçirilməsini düzgün addım saymayıb. “Dekabrın 23-ü seçkidir, amma dekabrın 15-i bir hərrac keçirilib, yanvarın 15-i isə növbəti hərrac keçiriləcək. Seçkinin qızğın vaxtında və bələdiyyənin tərkibinin tam formalaşmadığı bir vaxtda hərracın keçirilməsinə nə ehtiyac var.” – deyən ekspertin fikrincə, hazırda bələdiyyə 5 orqan qarşısında hesabat verir və bu da onun effektiv fəaliyyətinə mane olan amillərdəndir.

ADP-nin təmsilçisi Taliyət Əliyev bələdiyyələrin “torpaq satan” bir qurum kimi assosiasiya olunduğunu bildirərək bu sistemin tədricən siradan çıxmasından narahatçılığını bildirdi.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Azərbaycanda yerli özünüidarəetmə orqanlarının yaranandan bəri öz fəlsəfəsindən uzaq fəaliyyət göstərdiyini xatırlatdı. “Bələdiyyələr 10 ildə əksmərkəzləşməni təmin edə bildimi? Yox. Bələdiyyələr seçki institutlarını təkmilləşdirə bildimi? Yox. Yerli liderlər formalaşdıra bildimi? Yox.”, - deyə Əliməmməd Nuriyev qeyd edib. Onun sözlərinə görə, bələdiyyə institutunun formalaşmasında baş verən müsbət dəyişikliklər vətəndaş cəmiyyətinin töhfəsi əsasında olub. Təəssüf ki, siyasi partiyalar bu işdən kənarda qalıblar.  

Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Eldar İsmayılov çıxışını əsasən sonuncu bələdiyyə seçkisi üzərində qurdu. “Bu seçkilər bir daha sübut etdi ki, Azərbaycanda bələdiyyə sistemi ciddi böhran işindədir. Seçki göstərdi ki, bələdiyyələr əhali qarşısında populyar deyil. Bu işdə həm hakimiyyətin, həm də bütövlükdə cəmiyyətin günahı var. Hökimiyyət bələdiyyələrin güclənməsində maraqlı deyil, mətbuat bələdiyyələri gözdən salmaqla məşğul olur” – çıxışçı bildirib.

ELS Müstəqil Araşdırma Mərkəzinin rəhbəri İradə Yaqubova çıxışı bədbin proqnozlar üzərində qurdu: “Bələdiyyələr 10 ildə necə fəaliyyət göstəriblərsə, növbəti 5 ildə də o cür işləyəcəklər. Növbəti 5 ildə hər hansı irəliləyiş gözləməyə dəyməz” 

TədbirOxfam GB və İCCO təşkilatlarının dəstəyi ilə «Azərbaycanda yerli özünüidarəetmənin gücləndirilməsi» layihəsi çərçivəsində təşkil edilib.

 
Tarix: 25 Dekabr 2009  |  Baxış sayı: 973




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV