Lotereyadan $128,6 milyon udub, amma xəbəri yoxdur
ABŞ-da keçirilən lotereya oyununda biletlərdən birinin uduş məbləği $128,6 milyon təşkil edib. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, sahibi hələki bəlli olmayan uduşlu lotereya ABŞ-ın Kentukki ştatında alınıb.
Yerli Komissiyanın rəhbərliyinin açıqlamasında görə, uduşlu bilet Ştatın paytaxtından 105 km uzaqda yerləşən Corctaun şəhərciyindən alınıb. Onun sözlərinə görə, qalib tapılmasa da Kentukki ştatının tarixində ən böyük uduşun sahibi olacaq.
Bu uduşa qədər ştatın tarixində ən böyük uduş 89 milyon olub. Bu hadisə 1996-cı ildə baş verib.
Qeyd etmək lazımdır ki, heç də həmişə lotereya qalibləri öz uduşlarını əldə edə bilmirlər. Çünki onların bir çox hallardan bu uduşdan xəbərləri olmur.