Rusiya son illər ən çox proteksionist tədbirlər həyata keçirən ölkə adını qazanıb. “İqtisadi forum” jurnalının Global Trade Alert şirkətinin apardığı tədqiqata istinadən verdiyi məlumata görə, Rusiya bunun üçün 37 əngəlləyici hədd qoyub.
2008-ci ilin noyabrında “Böyük iyirmilik” ölkələri 12 ay ərzində ticarət üçün maneələrin yaradılmasından çəkinməyə dair birgə bəyannamə qəbul ediblər.
Dünya üzrə il ərzində 257 proteksionist tədbir həyata keçirilib, daha 56-sı isə partnyor ölkələrin maraqlarınıb pozulması kimi qiymətləndirilib. Ticarətin liberallaşdırılmasını şərtləndirən tədbirlər 6 dəfə az qəbul olunub. Bundan başqa 2010-cu ildə əlavə olaraq 188 proteksionist tədbirlərin görülməsi planlaşdırılıb.
Proteksionist əsas “qurbanı” Çindir. Çin məhsullarından qorunmaq üçün müxtəlif ölkələr 146 tədbir həyata keçirib. İqtisadiyyatın proteksionist tədbirlərindən ən çox zərər şəkən sektru metallurqiya və kimyadır.