Ukraynanın dövlət borcu artıq ÜDM-in yarısına çatıb
Rusiya isə artırmaq barədə fikirləşir
2010-cu ildə Rusiyanın dövlət borcu ÜDM-in indiki 9,8%-indən 12,8%-ə qalxa bilər. “İqtisadi forum” jurnalının “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə maliyyə naziri Aleksey Kudrin açıqlama verib.
Kudrin bildirib ki, gələn il hökumət dövlət borcunu artıracaq. Pnun fikrincə, dünyada dövlət borcunun “təhlükəsiz” həddi ÜDM-in 60%-i həcmində hesab olunur.
Bir qədər əvvəl Kudrin qeyd etmişdi ki, Rusiyanın dövlət borcu yaxın 3 ildə 4,5 trilyon rubla ($150 milyard) yüksələcək və 2012-ci ilin donuna ÜDM-in 15,4%-i həcmində olacaq.
Ukraynanın baş naziri Yuliya Timoşenko isə mətbuata açıqlamasında bildirib ki, ölkənin dövlət borcu 2009-cu ildə ÜDM-nin 42%, 2010-cu ildə isə ÜDM-nin 48,5%-i səviyyəsində proqnozlaşdırılıb..