Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Mərkəzi Bank bankların birləşdirilməsinə gedir
2010-cu ildə Mərkəzi Bank ölkədə fəaliyyət göstərən bir sıra bankların birləşməsi tədbirlərini həyata keçirəcəkdir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Mərkəzi Bankının 2010-cu il pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.

Bəyanatda deyilir ki, maliyyə sektorunun institusional inkişafı istiqamətində tədbirlər davam etdiriləcəkdir. Bunun üçün ilk növbədə bank sistemində konsolidasiyatədbirləri, system əhəmiyyətli banklarda isə restrukturizasiyahəyata keçiriləcəkdir.

Qeyd edək ki, Mərkəzi bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev ötən ay mətbuata açıqlamasında 2010-cu ildə kapitallaşma səviyyəsinin minimal tələbə cavab verməyən bankların birləşməsi məsələsinə baxılacağını bildirmişdi.

Mərkəzi Bankın bankların məcmu kapitalına qarşı tətbiq etdiyi minimal tələbnamə 10 milyon manat təşkil edir. Bankların 98%-nin nizamnamə kapitalı 10 milyon manatdan çoxdur. 4 bankın nizamnamə kapitalı 5 milyondan 10 milyon manatadək, 1 bankın nizamnamə kapitalı isə 3,5 milyondan 5 milyon manatadək təşkil edir. 

Qlobal maliyyə böhranı Azərbaycan banklarına da təsirsiz ötüşməyib. Artıq zərərlə işləyən bankların sayı artıb. 2009-cu ilin noyabr ayının 1-i vəziyyətinə olan məlumata görə, 10 bank və ya ölkə üzrə bankların 22%-i zərərlə işləyir. İqtisadiyyata kredit qoyuluşu əsasən yeganə dövlət bankı olan Beynəlxalq Bank hesabına artır. İqtisadiyyatın müxtəlif sahələrinə yatırılan kreditlərin artımı neft sektorunun hesabına baş verir. Mərkəzi Bank bir sıra addımlar artması, o cümlədən uçot dərəcəsini 15%-dən 2%-ə salması kredit faizlərində təsir etməmişdir. Buna görə də bankların birləşməsi və restrukturizasiyası məsələsi gündəmə gəlib.

Bu günlərdə Moody's Investors Service beynəlxalq reytinq agentliyi hazırladığı illik hesabatında MDB, o cümlədən Azərbaycan banklarının kredit və depozit portfellərində fərdi müştərilərin ən yüksək konsentrasiyası mövcud olduğu bildirmişdi. Agentliyə görə, bu vəziyyət bankları yüksək kredit və likvidlik risklərinə məruz qoyur. Agentlik hesab edir ki, vəziyyətin bu həddə gəlib çıxmasına səbəb MDB ölkələrində bank sisteminin aşağı inkişaf səviyyəsinə malik olmaları, risklərin adekvat idarəçiliyi olmadan yüksək riskli inkişaf strategiyası həyata keçirmələri, o cümlədən konsentrasiya səviyyəsini azaltmağa imkan verən normativ bazanın zəifliyidir.

Artıq Rusiya da bankların birləşdirilməsi işinə start verib. Hesablamalara görə, 2010-cu ilin yanvarın 1-dən etibarən bankların kapitalına qoyulan minimal tələbin 90 milyon rubla ($3 milyon) qaldırılması 140 kredit təşkilatının lisenziyasının geri alınması ilə nəticələnə bilər. Çünki Bankın məlumatına görə, məhz 140 bankın nizamnamə kapitalı 90 milyon rubldan azdır.  

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 46 bank fəaliyyət göstərir. Onlardan 1-i dövlət, 45-i özəldir. Özəl bankların 23-ü isə xarici kapitallıdır.


Tarix: 04 Yanvar 2010  |  Baxış sayı: 1011




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV