Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Azərbaycanda tikinti-əmanət bankları yaradılacaq
Mərkəzi Bank ipoteka kreditləşməsini canlandırmaq istəyir

İpoteka kreditləşməsinin genişləndirilməsi məqsədilə Azərbaycanda bu il tikinti-əmanət bankları yaradıla bilər. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Mərkəzi Bankının 2010-cu il pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.

Bəyanatda hökumətin ipoteka kreditləşməsini genişləndirmək niyyətində olduğu göstərilir. Bunun üçün dövlət büdcəsində nəzərdə tutulan sosial ipoteka mexanizminin də tətbiqi davam etdiriləcəkdir.

Bəyanata görə, ipoteka mexanizminin təkmilləşməsi çərçivəsində yeni ipoteka modelinin hazırlanması məqsədilə yaşayış, tikinti-əmanət banklarının fəaliyyətə başlaması üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir.

Xqatırladaq ki, Mərkəzi Bankın rəsmiləri mətbuata açıqlamalarında bir neçə il öncə "Tikinti-əmanət bankları haqqında" qanun layihəsi hazırladıqlarını və hökumətə təqdim etdiklərini bildirmişdilər. Ancaq bu qanun Milli Məclisdə hələki müzakirə mərhələsinə çıxarılmayıb.

Bu sistem ikinci dünya müharibəsindən sonra Almaniyada tətbiq edilib və özünü doğruldub.

Yaşayış-tikinti əmanəti üzrə ipoteka kreditləşməsi proqramları ilkin ödəniş üçün kifayət qədər yığımı olmayan, ancaq ev almaq istəyən şəxslər üçün nəzərdə tutulub.

Beynəlxalq təcrübəyə əsasən yaşayış-tikinti əmanəti bankları belə borcalanlar üçün 2 mərhələdən ibarət kreditləşmə proqramı təklif edirlər.

Birinci mərhələ - yığım funksiyası daşıyır. Bu mərhələ ərzində borcalan qabaqcadan razılaşdırılmış və bankın faiz ödədiyi məbləği hər ay Banka depozitə qoyur. Depozitdə ilkin ödəniş üçün tələb olunan kifayət qədər məbləğ yığıldıqdan sonra Proqramın ikinci mərhələsi – kreditləşmə mərhələsi başlayır. Bu mərhələnin əvvəlində Bank borcalana kredit verir.

Belə kreditlər üzrə faiz dərəcələri adətən digər kreditlər üzrə faizlərdən əhəmiyyətli dərəcədə aşağı olur.

Məlumat üçün bildirək ki, tikinti-əmanət banklarının yaradılması ipoteka kreditləşməsinin bir formasıdır. Dünya ipoteka kreditləşməsinin 50%-i bu modelin payına düşür. Məsələn, Almaniyada tikinti-əmanət sisteminin fəaliyyət göstərdiyi dövrdə ev alınması üçün 800 milyard avro məbləğində kredit ayrılıb. Almaniyanın hər üç sakinindən biri və ailələrin 45%-i tikinti əmanəti müqaviləsi bağlayıb.

Hazırda Slovakiya (1992), Cexiya (1993), Macarıstan (1997), Çin (2004), Rumınya (2004) və Qazaxıstan (2004) kimi ölkələrdə tikinti-əmanət bankları haqqında qanun qəbul edilib və tikinti-əmanət sistemi xeyli inkişaf edib. Məsələn, tətbiqi olunduğu 14 il ərzində Slovakiyada tikinti-əmanət banklarının əmanətçilərinin sayı 1 milyon nəfər olub. Ölkədə orta hesabla hər il 150 min yeni müqavilə imzalanır. Çexiyada bu bankların 4,5 milyon üzvü var və ipoteka kreditləşməsinin həcmi ÜDM-in 20%-i həddindədir.


 

Tarix: 05 Yanvar 2010  |  Baxış sayı: 1324




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV