Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Azərbaycanda həyat "keyfiyyətsiz" çıxdı
Azadlıq meyarı üzrə 100 mümkün baldan 25-ni toplamışıq

Azərbaycan 2010-cu ilin Həyat keyfiyyəti İndeksi üzrə (Quality of Life Index 2010) 51 balla 194 ölkə arasında 139-cu yeri tutub. “İqtisadi forum” jurnalı bu barədə dünyanın nüfuzlu nəşrlərindən sayılan “İnternational Living” jurnalının tərtib etdiyi ölkələrin reytinq cədvəlinə istinadən xəbər verir.

Jurnalın reytinq cədvəlihəyat səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur, ictimai təhlükəsizlik və iqlim sahələri üzrə 194 ölkə arasında aparılmış araşdırmalar əhatə edib. Hər bir sahə 100 ballıq sistemlə qiymətləndirilib.

Ən yüksək göstəriyə 82 balla cədvələ liderlik edən Fransa nail olub. Avstraliya ikinci (81 bal), İsveçrə üçüncü (81), Almaniya dördüncü (81), Yeni Zelandiya isə beşinci (79) olub. Bu ölkələrin hamısı azadlıq və ictimai təhlükəsizlik sahələrindən maksumum bal (100) yığıb.

Keçmiş SSRİ ölkələri arasına Baltik ölkələri həmişəki kimi digərləri ilə müqayisədə yüksək göstərici əldə ediblər. Litva 73 balla 22-ci, Estoniya 71 balla 32-ci, Latviya isə 70 balla 40-cı yeri tutub. Litvada azadlıq və ictimai təhlükəsizlik sahələri maksumum bal yığıb. Estoniyada azadlıq 100 bal yığsa da ictimai təhlükəsizlik nisbətən aşağı nəticə (86 bal) göstərib. Latviyada bu göstəricilər uyğun olaraq 92 və 86 olub.

MDB ölkələri arasında ən yüksək götəricini 65 balla 55-ci yeri tutan Moldova göstərib. Gürcüstan 98-ci (56 bal), Ermənistan 101-ci (56 bal), Belorus 109-cu (54 bal), Rusiya 111-ci (54 bal), Tacikistan 134-cü (51 bal), Qırğızıstan (51 bal) isə 138-ci yeri tutub.

Siyahıda 51 balla 139-ci yeri tutan Azərbaycan MDB ölkələri arasında ancaq Özbəkistan (49 balla 148-ci yer), Qazaxıstan (48 balla 155-ci yer) və Türkmənistanı (46 balla 162-ci yer) qabaqlayır.

Azərbaycan ən yüksək qiyməti ekologiya sahəsində (71 bal) alıb. Ölkəmiz ictimai təhlükəsizlik sahəsində 64, iqlimdə 62, mədəniyyətdə 60, iqtisadiyyatda 50, həyat səviyyəsində 48 bal toplayıb. Səhiyyə və infrastruktur sahələrndə toplanmış ballar eyni - 40 bal olub. Azərbaycanın ən aşağı qiyməti azadlıq sahəsi üzrə olub. Bu sahədə 100 mümkün baldan cəmisi 25-i toplaya bilib. Azadlıq səviyyəsi göstəricisinə görə Azərbaycan 194 ölkə arasında 162-ci yeri tutub.

Azadlıq meyarı üzrə Moldova və Gürcüstan 50, Rusiya və Qırğızıstan 42, Ermənistan 33 bal toplayıb. Tacikistan və Qazaxıstan bizim qədər toplayıb.

Reytinq cədvəlini 33 balla Yəmən və 30 balla Somali tamamlayır.

Tarix: 08 Yanvar 2010  |  Baxış sayı: 909




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV