DTT rəhbəri: 2010-cu ildə dünya iqtisadiyyatının böhrandan çıxacağını söyləmək tezdir
Dünya iqtisadiyyatı ola bilsin ki, ən dərin tənəzzülü yaşayıb, ancaq tənəzzüldən çixiş hələki aydın görünmür. Ona görə də dünya iqtisadiyyatının 2010-cu ildə böhrandan çıxmasını indidən söyləmək çətindir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dünya Ticarət Təşkilatının (DTK) baş direktoru Paskal Lami aıqlama verib.
“France Culture” radiosuna müsahibəsində Lami bildirib ki, müxtəlif ölkələrin hökumətləri böhranın genişlənməsinin qarşısını almaq məqsədilə maliyyə sisteminə və iqtisadiyyatın real sektoruna xeyli vəsait yönəldib. Ancaq böyük həcmdə kapital qoyuluşu öz nəvbəsində iqtisadiyyatda “bazar köpüyü” yaradıb. Hökumətlər bu vəziyyəti anlamalıdırlar və qısa müddətdə konkret tədbirlər görməlidirlər.
Baş direktorun fikrincə, Hindistan, Braziliya, CAR və Çin də daxil olmaqla inkişaf etməkdə olan bazarlara malik ölkələrdə iqtisadiyyat həyat qabiliyyətlidir və bu səbəbdən də onlar az zərbəyə məruz qalıblar. İqtisadiyyatın həyat qabiliyyəti, yaxşı idarəetmə və nisbətən az həcmdə borclanma onu göstərir ki, bu ölkələrdə makrotənzimləmə və makronəzarət Qərb ölkələri ilə müqayisədə daha yaxşı həyata keçirilir.