Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Çin 2009-cu ilin ən böyük ixracatçısı oldu
2009-cu ilin yekunlarına əsasən Çin Almaniyanı ötərək dünyanın ən böyük ixracatçı ölkəsı olub. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, 2009-cu ilin dekabrında Çinin ixracının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,7% artıb.

Alman analitikləri Almaniyanın dünyanın ən böyük ixracatçısı statusunu itirəcəyini proqnozlaşdırmışdılar. 

İxracın artmasına baxmayaraq, 2009-cu ildə Çinin ticarət dövriyyəsi əvvəli illə müqayisədə 13,9% azalaraq $2,21 trilyona düşüb. Qlobal maliyyə böhranı Çin iqtisadiyyatının digər göstəricilərində də öz təsirini göstərib. Belə ki, ötən il ölkənin xarici ticarətinin profisiti 34,2% azalaraq $196,1 milyard təşkil edib. İxracın həcmi 2008-ci illə müqayisədə 16%, idxal isə 11,2% azalıb. Bu müddətdə ixrac $1,2 trilyona, idxal $1,01 trilyona düşüb.

Xatırladaq ki, 2008-ci ildə dünyanın ən böyük ixracatçısı Almaniya olub. Almaniyanın ixracının ümumi dəyəri $1,5 trilyon olub. Ötən il Çin $1,43 trilyonluq ixrac məbləği ilə ikinci yeri tutub. ABŞ dördüncü ($1,3 trilyon), Yaponiya isə beşinci ($0,8 trilyon) olub.

2008-ci ildə dünya idxalı $16,12 trilyon, ixracı isə $15,78 trilyon təşkil edib.

Tarix: 11 Yanvar 2010  |  Baxış sayı: 774




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV