2009-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatı 16% azalıb
2009-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 15,6% azalaraq 5 milyard 175 milyon ABŞ dollarına düşüb. “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən il Bankın valyuta ehtiyatı 961,4 milyon dollar azalıb.
Məlumata görə, 2009-cu ilin yanvar ayının 1-i tarixinə valyuta ehtiyatının həcmi 6 milyard 137 milyon dollar olsa da, il ərzində azalma müşahidə edilib.
Noyabr ayı ilə müqayisədə dekabrda valyuta ehtiyatı 5,5 milyon dollar azalıb. Halbuki 30 noyabr 2009-cu il tarixinə Bankın valyuta ehtiyatı 5 milyard 181,1 milyon dollar təşkil edib.
Xatırladaq ki, Mərkəzi Bankın valyuta ehtiyatı 2008-ci ilin dekabrın 31-də ən yüksək həddə - 6137 milyon dollar təşkil edib. Bankın valyuta ehtiyatı 2009-cu ildə iyul ayında ən aşağı həddə - 4 milyard 787 milyon dollara düşüb.