Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və ya icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi həyata keçirdiyi «Azərbaycanda yerli özünüidarəetmənin gücləndirilməsi» layihəsi çərçivəsində bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və ya icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində tədqiqat aparıb.
Tədqiqat çərçivəsində Salyan və Bərdə rayonlarında keçirilmiş hərrac və müsabiqə prosesinin monitorinqi aparılıb, Azərbaycanın qanunvericilik bazası araşdırılıb, beynəlxalq təcrübə öyrənilib, ictimai müzakirələr təşkil edilib, müxtəlif qruplar arasında sorğu və müsahibələr keçirilib.
Hazırki sənəd bir neçə bölmədən ibarətdir.
“Mövcud mexanizmin üzə çıxardığı problemlər” bölməsində bu vaxtadək keçirilmiş hərrac və müsabiqələr zamanı aşkara çıxan problemlərə və həmin problemlərin qaynaqlandığı qanunverici boşluqlara nəzər salınıb.
“Tövsiyələr” bölməsində bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və ya icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı İTYİB-in hazırladığı tövsiyələr əksini tapıb.
“Əlavələr” bölməsində beynəlxalq təcrübədə tətbiq edilən satışa çıxarılan və ya icarəyə verilən daşınmaz əmlakın, o cümlədən torpaqların qiymətləndirilməsi metodologiyaları verilib.