Ölkə üzrə kredit kartları ilə aparılan əməliyyatların həcmində 12% azalma müşahidə edilib. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, 2009-cu ilin noyabr ayında oktyabrla müqayisədə kredit kartları ilə aparılan əməliyyatların həcmi 6 milyon azalaraq 44 milyon manata düşüb.
Oktyabrda bu əməliyyatların həcmi 50 milyon manat olub.
Azalma əməliyyatların sayında da olub. Belə ki, noyabrda kredit kartları ilə aparılan əməliyyatların sayı 178 mindən 174 minə düşüb.
Bankomatlar vasitəsilə aparılan əməliyyatların sayı bu müddətdən 79 mindən 72 minə, həcmi isə 15 milyondan 14 milyona düşüb.
POS terminallar üzrə aparılan əməliyyatların sayı artasa da həcmində azalma müşahidə edilib. Belə ki, bu ödəniş sistemində əməliyyatların sayı noyabrda 16 mindən 17 minə artıb, həcmi isə 12 milyondan 11 milyona düşüb.