Polşada 2009-cu ildə orta aylıq əmək haqqı $1160 olub ki, bu da 2008-ci illə müqayisədə 10% azdır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Polşanın Sedlak & Sedlak tədqiqat şirkəti hesabat yayıb.
Hesabata görə, 2009-cu ildə 38 milyon nəfər əhalisi olan Polşanın 10%-i $500-dən az, 10%-i isə $3200-dən çox qazanıb. Ölkədə əmək haqlarının orta həcmi $800-2000 intervalında olub.
Orta aylıq əmək haqqının ən yüksək həddi ($1860) paytaxt Varşavada qeydə alınıb. Qdansk və Poznan şəhərlərində bu göstərici $1400 olub. Ən aşağı göstərici ($1000) ölkənin cənubunda yerləşən Kelsdə və şərqdə yerləşən Lyublində müşahidə edilib.
Ötən il kişilərin orta maaşı təxminən $1400, qadınlarda isə ondan 23% az olub.
2009-cu ildə ən yüksək maaş İT şirkətlərdə ($1800), telekommunikasiya, sığorta, bank sferası, enerji şirkətlərində ($1400-1600) qeydə alınıb. Ən aşağı maaş (təxminən $900) isə elm, təhsil, mədəniyyət və incəsənənt sferasında olub.