Qazaxıstanın ümumi beynəlxalq ehtiyatlarının həcmi $23,218 milyard təşkil edib. Onların $20,718 milyardı xarici valyuta aktivlərində, $2,501 milyardı isə qızıl aktivlərindən ibarətdir.
“İqtisadi forum” jurnalının məlumatına görə, Qazaxıstanın Mərkəzi Bankı ölkənin beynəlxalq ehtiyatları və Milli Fondun aktivləri barədə hesabat dərc edib. Hesabata görə, 2009-cu ilin dekabr ayında beynəlxalq ehtiyatlar noyabr ayı ilə müqayisədə 2,87% azalsa da, ilin əvvəlindən 16,84% artıb.
Ötən il Milli Fondun aktivləri $24,368 milyard olub. Dekabr ayında onun həcmi noyabr ilə müqayisədə 0,5% artsa da, ilin əvvəlindən 11,34% azalıb.