Digər valyutaların meydan oxumasına baxmayaraq Amerika valyutası hələ uzun müddət əsas valyuta olaraq qalacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bununla bağlı BVF-nin sərəmcançı direktoru Dominik Stroos-Kan Asiya Maliyyə forumu öncəsi Honq Konqda jurnalistlərə açıqlamasında bildirib.
BVF rəhbərinin sözlərinə görə, ABŞ dolları hələ uzun müddət dünyanın əsas ehtiyat valyutası kimi qalacaq. Onun fikrincə, Çin öz valyutasının məzənnəsinin artmasına imkan verməlidir.
Stroos-Kan hesab edir ki, qlobal maliyyə-iqtisadi böhranın ikinci dalğası baş verməyəcək.