Bu ölkədə bankların sayı qonşu Polşadan 4 dəfə çoxdur
Ukraynada bankların sayı Polşa banklarından təxminən 4 dəfə çoxdur. Halbuki Ukraynada 46 milyon, Polşada isə 36 milyon nəfər yaşayır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Polşanın RKO BP banklar qrupuna daxil olan Kredobankın departament direktoru Kşiştof Vatala bildirib.
Vatala qeyd edib ki, Ukraynada əhalinin hər 100 min nəfərinə düşən bankların sayı ABŞ-da olduğu qədərdir.
Ekspert ölkədə olan bankların sayının çoxluğunu səmərəsiz olduğu bildirərək yaxın gələcəkdə onların sayının azalacağını proqnozlaşdırıb: “Ukraynada bankların birləşməsi qaçılmaz prosesdir”.
O, Polşada bankların sayı 50, Ukraynada isə 182 olduğunu bildirməklə 2011 və ya 2012-ci ildə neçə bankın birləşəcəyini proqnozlaşdırmaqdan çəkinib.
Onun məlumatına görə, Poşa banklarının 90%-nə beynəlxalq maliyyə institutları nəzarət edir. Ukraynada isə bu göstərici 50% təşkil edir.
Ekspertə görə, Ukraynaın bir sıra bankları özlərinin real vəziyyətini gizlədir.