2009-cu ildə Rusiya Federasiyasının büdcə kəsiri ÜDM-in 5,9%-i həddindədir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə maliyyə naziri Aleksey Kudrin bildirib.
Kudrinin sözlərinə görə, bu göstərici Milli Rifah Fondunun xərcləri də nəzərə alınmaqla 6,4% təşkil edib.
Maliyyə nazirinin açıqlamasına görə, 2009-cu ildə dövlət büdcəsini əlavə gəlirlərinin həcmi 618 milyard rubl ($20,6 milyard) olub. “Bu, əsasən neftin qiymətinin bahalaşması hesabına neft-qaz gəlirlərinin artması ilə bağlıdır.”, - deyə nazir qeyd edib.
Maliyyə nazirinin məlumatına görə, 2008-ci illə müqayisədə 2009-cu ilin büdcə gəlirləri 20,9% azalıb.
Kudrin büdcədən 286 milyard rubl ($95,3 milyard) məbləğində vəsaitin xərclənməməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, əsas proqramlar tam icra olunub və qənaət isə bankların kapitallaşdırılması, dövlət borcunun ödənilməsi üçün nəzərdə tutlan vəsaitlərin xərclənməməsi, habela investisiya layihələrinin növbəti ilə keçirilməsi ilə bağlıdır.
Nazirin məlumatına görə, 1 yanvar 2010-cu il tarixinə Milli Rifah Fondunun həcmi 2,769 trilyon rubl ($92 milyard), Ehtiyat Fondunun həcmi isə 1,783 trilyon rubl ($59 milyard) təşkil edir.