Ötən ilin dekabrında Azərbaycanın beynəlxalq ehtiyatlarının həcmi əvvəlki ayla müqayisədə $274,9 milyon azalaraq $5 milyard 668 milyona düşüb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, noyabrda ehtiyatın həcmi $5 milyard 943 milyona olub.
Ötən ilin yanvar ayı ilə müqayisədə beynəlxalq ehtiyatların həcmi ilin sonuna 13,6% və ya $773 milyon azalıb. Yanvar ayında bu göstərici $6 milyard 441 milyon təşkil edib.
Beynəlxalq ehtiyatın $5 milyard 365 milyonu xarici valyutada yerləşdirilən aktivlər təşkil edir. Ölkənin BVF-dəki ehtiyat mövqeyi $0,1 milyona bərabərdir. SDR-də (xüsusi borclanma hüququ) yatırılan vəsaitin həcmi $302,9 milyondur.
Ölkənin beynəlxalq ehtiyatlarının tərkibinə qızıl yoxdur.
Məlumat üçün bildirək ki, beynəlxalq ehtiyatlara Neft Fondunun vəsaiti nəzərə alınmayıb.