ABŞ-ın Çinə borcunun həcmi 2009-cu il noyabr ayının sonuna $789,6 milyard olub ki, bu da oktyabrla müqayisədə $9,3 milyard azdır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi açıqlama verib.
Çin ehtiyatlı davranaraq yatırımlarını kəskin azaltsa da ABŞ-ın xarici borcunun ən böyük donoru statusunu qoruyub saxlayır. Onun ən yaxın izləyicisi olan Yaponiya noyabrda Yaponiya Amerika aktivlərinə yatırımları $11,4 milyard artıraraq $757,3 milyarda çatdırıb. Britaniya bu müddətdə $47,4 milyard artırıb və qoyuluşlarını $277,5 milyarda yüksəldib.
Rusiya ABŞ-ın onillik dövlət istiqrazlarına yatırımlarını 6,5 milyard artıraraq 128,1 milyarda çatdırıb.
Xəzinədarlıq kağızlarının xarici dövlətlər tərəfindən alınmış həcmi ötən illə müqayisədə 127 milyard çoxdur. Bu son iki ildə ən yüksək göstəricidir.