Yunanıstanda maliyyə vəziyyətinin pisləşməsi fonunda avronun məzənnəsi ABŞ dollarına nisbətən beş ay ərzində ən aşağı səviyyəyə düşüb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Bloomberg agentliyi xəbər verir.
Agentliyin məlumatına görə, bazar iştirakçıları Yunanıstanda büdcə böhranının dərinləşməsinin avrozonaya daxil olan ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər.
Dünən avro 1,4191-dən 1,4167 dollara qədər ucuzlaşıb ki, bu da 2009-cu ilin 19 avqustundan sonra minimum həddir. Bir gün əvvəl isə avronun məzənnəsi 1,4288 olub.
Avropa valyutasının yapon iyenasına nisbəti bu müddətdə 130,22-dən 129,42-yə düşüb.