Rusiyanın valyuta ehtiyatı bir həftə ərzində $0,5 milyard artaraq 15 yanvar tarixinə $441,4 milyarda yüksəlib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Rusiyanın Mərkəzi Bankı açıqlama verib.
Yanvarın 8-də valyuta ehtiyatlarının həcmi $440,9 milyard təşkil edib.
2010-cu ilin yanvarın 1-i tarixinə Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi $440,6 milyard olub. İl başlayandan ehtiyat $0,8 milyard artıb.
Məlumat üçün bildirək ki, Rusiyanın beynəlxalq ehtiyatları Mərkəzi Bankın və Rusiya Hökumətinin sərəncamında yerləşdirilən yüksək likvidli maliyyə aktivlərini əks etdirir. Ehtiyatlar xarici valyutalar, qızıl, SDR və digər ehtiyat aktivlərindən ibarətdir.
Xatırladaq ki, Rusiya valyuta ehtiyatının həcminə görə Çin və Yaponiyadan sonra üçüncü yeri tutur. |