Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


İcra nümayəndəlikləri ləğv edilməlidir
BİNA yerli idarəetmədə paralelliyin aradan qaldırılmasının mümkün mexanizmlərini təqdim edib

“Yerli icra nümayəndəlikləri institutu ləğv olunur və yerli icra nümayəndələrinin bütün səlahiyyətləri yenidən təşkil olunmuş bələdiyyələrə verilir. Bunun üçün “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə, “Bələdiyyələrin statusu haqqında” qanuna və digər qanunvericilik aktlarına zəruri dəyişikliklər edilir”. “İqtisadi forum” jurnalının məlumatına görə, “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının keçirdiyi dəyirmi masada yerli idarəetmədə paralelliyin aradan qaldırılmasının mümkün mexanizmləri təqdim edilib.

Bu gün Azərbaycan Media Mərkəzində “Yerli idarəetmədə paralelliyin aradan qaldırılmasının mümkün mexanizmləri: inzibati ərazi dairələri üzrə idarəetmə və onun təkmilləşdirilməsi istiqamətləri” mövzusuna dəyirmi masa keçirilib.

Dəyirmi masanı giriş sözü ilə açan ekspert Ələsgər Məmmədli qeyd etdi ki, “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansı (BİNA) Azərbaycanda yerli özünüidarənin inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Həmin tədbirlər sırasına yerli özünüidarənin müxtəlif problemləri üzrə siyasət sənədlərinin hazırlanması da daxildir. Siyasət sənədlərinin hazırlanmasında əsas məqsəd yerli özünüidarə məsələləri ilə bağlı hökumətə müxtəlif alternativlər təqdim etməkdir. “Bu dəyirmi masa da hazırlanmış siyasət sənədlərindən birinin ilkin variantının müzakirəsinə həsr olunub”.

Sonra Alyansın koordinatoru Abil Bayramov hazırlanmış siyasət sənədi haqqında məlumat verdi: “Siyasət sənədi konkret bir istiqamət üzrə - idarəetmənin ən aşağı pilləsində - inzibati ərazi dairələrində idarəetmənin təkmilləşdirilməsi üzrə müxtəlif alternativləri özündə əks etdirir. Sənədin hazırlanması zamanı milli və beynəlxalq qanunvericilik, uyğun xarici təcrübə araşdırılıb, problemlə bağlı bələdiyyə personalının və sakinlərin münasibətini öyrənmək üçün onlar arasında sorğu keçirilib, foks qruplarla görüşlər təşkil olunub. Sənədin hazırlanmasında əsas məqsəd qərar qəbul etmək səlahiyyətinə malik müvafiq dövlət qurumlarına yerli idarəetmədə paralelliyin aradan qaldırılmasının mümkün mexanizmləri ilə bağlı alternativlər təklif etməkdir. İnanırıq ki, təklif olunan tövsiyələr hökumətə yerli özünüidarə islahatlarının həyata keçirilməsində yardım edəcək”. Daha sonra A. Bayramov yerli idarəetmədə parallellik problemi və onun doğurduğu nəticələr haqqında danışdı: “Azərbaycanda bələdiyyə institutunun effektiv fəaliyyətini əngəlləyən əsas faktorlardan biri də yerli idarəetmədə paralelliyin mövcud olmasıdır. Belə ki, yerlərdə hakimiyyətin həm bələdiyyələr, həm də yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilməsi, onlar arasında konkret səlahiyyət bölgüsünün olmaması yerli idarəetmənin səmərəliliyini aşağı salır, resurslardan məqsədəuyğun istifadə imkanlarını məhdudlaşdırır. Bu, xüsusilə inzibati ərazi dairələrində daha kəskin hiss olunur. Bakı, Gəncə, Sumqayıt kimi böyük şəhərlər və kənd rayonları üzrə yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti üçün arqumentləşdirilmiş əsaslar tapmaq mümkün olsa da, inzibati ərazi dairələri üzrə yerli icra nümayəndəlikləri institutunun zəruriliyini əsaslandırmaq olduqca çətindir. İlk növbədə qeyd edək ki, yerli icra nümayəndəliyi institutunun konstitusion əsası yoxdur. 16 iyun 1999-cu il tarixli “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə isə yalnız 36-cı maddədə bu institut haqqında danışılır. Həmin maddənin 2-ci hissəsinin 3-cü bəndində yerli icra hakimiyyəti nümayəndələrinin səlahiyyətləri göstərilir. Bu səlahiyyətlərə icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərmək, qanunvericiliklə müəyyən edilmiş qaydada notariat işləri görmək, vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar vermək daxildir. Göründüyü kimi yerli icra hakimiyyəti nümayəndələrinin səlahiyyətinə bələdiyyələrin heç bir xüsusi çətinlik çəkmədən öhdəsindən gələ biləcəyi məsələlər daxildir. Əslində bu səlahiyyətləri yerli özünüidarənin az-çox inkişaf etdiyi ölkələrdə bələdiyyələr həyata keçirir. Bu, “subsidiarlıq” prinsipinin tətbiqi baxımından da əhəmiyyətlidir. Bu prinsipə əsasən bələdiyyə ərazisində vətəndaşların özlərinin həll edə biləcəyi hər hansı bir məsələ onlar tərəfindən həyata keçirilməlidir. Vətəndaşlar tərəfindən yerinə yetirilməsi mümkün olmayan funksiyalar dövlət orqanları tərəfindən həyata keçirilir. «Yerli Özünüidarə haqqında» Avropa Xartiyasında deyilir: «Dövlət səlahiyyətlərinin həyata keçirilməsi bir qayda olaraq, vətəndaşlara ən yaxın olan hakimiyyət orqanlarının üzərinə qoyulmalıdır. Bu səlahiyyətlərin hər hansı birinin digər hakimiyyət orqanlarına verilməsi qarşıya qoyulmuş vəzifənin həcmi və xarakterini, habelə səmərə və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir». Digər tərəfdən, yerlərdə həm bələdiyyələrin, həm də yerli icra nümayəndəliklərinin fəaliyyət göstərməsi ictimai vəsaitlərin səmərəsiz xərclənməsinə gətirib çıxarır. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə görə əhalisi 10 minədək olan qəsəbə və kəndlərdə icra hakimiyyəti başçısı nümayəndəliyinin ştat vahidlərinin sayı 4, əhalisi 10 mindən 20 minədək olan qəsəbə və kəndlərdə 6, əhalisi 20 mindən çox olan qəsəbə və kəndlərdə isə 7-dir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 9 iyul 2008-ci il tarixli 2934 saylı Sərəncamına əsasən rayon tabeliyindəki şəhərlərdə yerli icra hakimiyyəti orqanlarının ərazi vahidləri üzrə nümayəndələri 195 manat, onların müavinləri 185 manat, yerli icra hakimiyyəti orqanlarının ərazi vahidləri üzrə nümayəndələri qəsəbə və kəndlərdə 192 manat, onların müavinləri 182 manat, baş məsləhətçilər (mühasiblər) rayon tabeliyindəki şəhərlərdə 181 manat, qəsəbə və kəndlərdə 178 manat, məsləhətçilər rayon tabeliyindəki şəhərlərdə 175 manat, qaçqın və məcburi köçkün nümayəndəliklərində isə məsləhətçilər (katiblər) 175 manat vəzifə maaşı alırlar. Təkcə icra nümayəndələri, onların müavinlərinin və baş məsləhətçilərin vəzifə maaşlarını nəzərə alsaq, o zaman bir icra nümayəndəliyi üçün ildə təxminən 6600 manat tələb olunur. 1700 icra nümayəndəliyi üzrə bu məbləğ 11 milyon manatdan çoxdur. Bura kargüzar, sürücü, xadimənin maaşlarını və digər inzibati xərcləri də əlavə etsək yerli icra hakimiyyəti orqanlarının ərazi vahidləri üzrə nümayəndəliklərinin fəaliyyətinin böyük məbləğdə vəsaitə başa gəldiyini təsəvvür etmək mümkündür”.

Abil Bayramov BİNA-nın üstünlük verdiyi alternativin əsas istiqamətlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı: “Bu sənəd çərçivəsində üstünlük verilən alternativin öz müsbət və mənfi tərəfləri var.. Bu siyasət sənədi çərçivəsində hər hansı alternativə üstünlük verilməsinin əsasında ekspert qiymətləndirməsi durur. Alternativlərin üstünlüklərinin və risklərinin müqayisəsindən və buna əsaslanan ekspert qiymətləndirməsindən çıxış edərək yerli icra nümayəndəliklərinin ləğv olunması və onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi alternativinə üstünlük verilmişdir. Bu alternativin tətbiqi kifayət qədər realdır. Çünki həmin istiqamət üzrə islahatın aparılması üçün müvafiq qanunvericilik aktlarında dəyişikliklər edilməsi əsasdır və yerli icra nümayəndəlikləri institutunun konstitusion əsası olmadığından hər hansı konstitusiya islahatına ehtiyac yoxdur. Digər tərəfdən, artıq bələdiyyələrin birləşdirilməsi yolu ilə onların ölçülərinin böyüdülməsi prosesi başa çatdığından ekspertlər üstünlük verdiyimiz alternativin qəbul olunacağını real hesab edirlər.

Yerli icra nümayəndəliklərinin ləğv olunması və onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi alternativinin tətbiqi üçün aşağıdakıların həyata keçirilməsi tövsiyə olunur. Birincisi, yerli icra nümayəndəlikləri institutu ləğv olunur və yerli icra nümayəndələrinin bütün səlahiyyətləri yenidən təşkil olunmuş bələdiyyələrə verilir. Bunun üçün “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə, “Bələdiyyələrin statusu haqqında” qanuna və digər qanunvericilik aktlarına zəruri dəyişikliklər edilir. İkincisi, yerli icra nümayəndəliklərinin istifadəsində olan inzibati binalar və digər maddi-texniki resurslar əvəzsiz olaraq yenidən təşkil olunmuş bələdiyyələrə verilir. Bu prosesin təşkili üçün müvafiq icra hakimiyyəti orqanı xüsusi qərar qəbul edir. Yerli icra nümayəndəliklərinin istifadəsində olmuş bütün əmlak növlərinin qiymətləndirilməsi aparıldıqdan sonra onların bələdiyyələrə verilməsi prosesi həyata keçirilir. Üçüncüsü, səlahiyyətlərin verilməsi ilə yanaşı bələdiyyələrə həmin səlahiyyətlərin həyata keçirilməsini təmin edə biləcək zəruri maliyyə vəsaitləri də verilir. Bu, yerli icra nümayəndəliklərinin ləğvi nəticəsində qənaət edilmiş dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilə bilər”.

Təqdimatdan sonra mövzu ətrafında müzakirələr keçirildi. Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev inzibati-ərazi bölgüsünün bütün səviyyələri üzrə idarəetmədə paralelliyinin aradan qaldırılmasının vacib olduğunu bildirdi. Politoloq Zərdüşt Əlizadə bələdiyyələrə səlahiyyətlərin verilməsinin separatçılığa gətirib çıxara biləcəyi ilə bağlı fikirlərin əsassız olduğunu qeyd etdi. “İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi reallığa daha uyğun islahat təkliflərinin verilməsini təklif etdi. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev hazırlanmış siyasət sənədinin effektiv vəkillik kampaniyası aparılmasının zərurəti haqqında danışdı. Tədbirin digər iştirakçıları da mövzu ilə bağlı öz fikirlərini bildirdilər.

 
 
Tarix: 22 Yanvar 2010  |  Baxış sayı: 1164




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV