Qazaxıstan əhalisi gəlirləri barədə bəyannamə təqdim edəcək
“İqtisadi forum” jurnalının məlumatına görə, Qazaxıstanın Maliyyə Nazirliyinin vergi komitəsinin rəhbəri Daulet Yerqojin açıqlamasında bildirib ki, mərhələli şəkildə ölkə vətəndaşlarının gəlirlərinin bəyan edilməsi mexanizmi tətbiq edəcək.
Yerqojinə görə, 2012-ci ildən etibarən dövlət qulluqçuları, büdcə işçiləri, milli şirkətlərin işçiləri, dövlət müəssisələri və şirkətləri, bankirlər, sığorta işçiləri və onların həyat yoldaşları gəlirləri barədə bəyannamə təqdim etməli olacaqlar. “Ancaq 2013-cü ildən başlayaraq digər fiziki şəxslər gəlirləri və əmlakları barədə bəyannamə təqdim edəcəklər” deyən Komitə sədinin fikrincə, bəyannamə sisteminin tətbiqində məqsəd kölgə iqtisadiyyatını azaldılmasına nail olmaq, o cümlədən vergi ödənişindən yayınmağa və korrupsiyaya qarşı mübarizə aparmaqdır.
Məmurun sözlərinə görə, gəlirlər üzrə hesabat forması hələ hazırlanmayıb. Həmçinin tədbirin maliyyə səmərəliliyi məlum deyil.