Azərbaycanda hər 100 nəfərə düşən mobil telefonların sayı 85,6% təşkil edir. Bu, dünya üzrə orta göstəricidən təxminən 25% yüksəkdir.
“İqtisadi forum” jurnalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, 2009-cu ildə ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda gəlirlərin orta illik artımı 13,7% təşkil edib. Bu, dünya üzrə İKT sahəsindəki artım sürətindən 2 dəfə çoxdur.