“İqtisadi forum” jurnalının “The Financial Times” qəzetinə istinadən verdiyi məlumata görə, Rusiyanın Mərkəzi Bankı ötən həftə valyuta ehtiyatının diversifikasiyası üçün kanada dollarının və qiymətli kağızların alınmasına başlandığını elan edib.
Analitiklərə görə, inkişaf etməkdə olan ölkələrin, o cümlədən Asiya ölkələrinin mərkəzi bankları son vaxtlar aktiv şəkildə Kanada və Avstraliya dollarını alırlar. 2009-cu ilin martından Kanada dolları ABŞ valyutasına nisbətən 24%, Avstraliya valyutasına nisbətən isə 40% bahalaşıb. Ancaq bəzi analitiklər mərkəzi bankların bu valyutaları pik qiymətinə almasından narahatdırlar.
Kanada dolları hazırda riskdən qaçmaq halların çoxalması, o cümlədən neftin və qızılın ucuzlaşması fonunda mənfi tendensiya nümayiş etdirir. ABŞ dolların 1,058 Kanada dollarına bərabərdir.