ABŞ prezidenti Barak Obama Konqresə büdcə xərclərini 3 il müddətinə dondurmağı təklif edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti xəbər verir.
Qəzetin məlumatına görə, Obamanın yanvarın 27-də ölkə əhalisinə müraciətində bu təklifi səsləndirilməsi gözlənilir.
Layihədə büdcənin 17%-ni və ya 447 milyard dollar həcmində vəsaiti dondurmağı təklif edilir ki, bu da 10 il ərzində 250 milyard dollar həcmində vəsaiti qorumağa imkan verəcək. 1,4 trilyon dollarlıq büdcə kəsirini azaltmaq üçün xərclərin dondurulması tələb olunur.
Qəzetin məlumatına görə, məhdudiyyət dövlət təhlükəsizliyi və müdafiə xərclərinə şamil edilməyəcək. Eyni zamanda tibbi yardım və sosial təminat proqramlarını da “zərbə” gözləmir.
Ekspertlərin fikrincə, ixtisar mənzil tikintisi, şəhər təsərrüfatı, məhkəmələrin, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, energetika sferalarını əhatə edəcək.