ABŞ-ın iqtisadiyyatının bərpası üçün illər tələb olunacaq. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu fikri Microsoft şirkətinin yaradılarından olan və dünyanın ən varlı adamı Bill Qeyts səsləndirib.
Qeytsin proqnozuna görə, Federal hökumət büdcə kəsirinin aradan qaldırmaq üçün vergiləri artıracaq. ABC kanalına müsahibəsində Bill Qeyts hökuməti iqtisadiyyata hədsiz müdaxilədən çəkinməyə çağırıb və prezident Obamaya diqqəti təhsil kimi uzunmüddətli sosial problemlərin həllinə yönəltməyi məsləhət bilib.
“Bu tipli maliyyə böhranları baş verəndə onun aradan qaldırılması üçün illər tələb olunur”, - deyə milyarder bildirib.
Onun sözlərinə görə, hakimiyyətin iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün həddindən artıq inadkarlıq göstərməsi vəziyyəti daha da pisləşdirə bilər.