Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


BMT: Azərbaycanda 2010-cu ildə də yüksək artım müşahidə ediləcək
Böhran dövründə MDB ölkələri iqtisadi tənəzzül və bərpanın müxtəlif dinamikasını nümayiş etdirib. Özbəkistan, Azərbaycan və Türkmənistan iqtisadiyyatı daha uğurlu nəticə göstərib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BMT-nin “2010-cu il üzrə dünyanın iqtisadi mənzərəsi və perspektivləri” adlı məruzəsində qeyd edilib.

Məruzədə qeyd edilir ki, bu ölkələrdə 2009-cu ildə 6,7% azalma olsa da, 2010-cu ildə ümumi iqtisadi artım 1,7% təşkil edəcək.

Məruzəyə görə, dünyanın və MDB-nin əksər ölkələrində iqtisadiyyatın azalması baş verdiyi halda Özbəkistan, Azərbaycan və Türkmənistanda ÜDM-in artımı müşahidə edilib. BMT-nin proqnozuna görə, 2010-cu ildə bu ölkələrdə iqtisadi artım davam edəcək və hətta Hindistanı də ötəcək.

Tacikistan və Qırqızıstanın kiçik iqtisadiyyatı da 2009-cu ildə tənzzüldən qurtula bilib. MDB-nin digər ölkələrində vəziyyət xeyli pis olub. Ötən il azalan Qazaxıstan iqtisadiyyatı bu il böhrandan əvvəlki səviyyəyə qalxacaq. Ancaq Belorus, Gürcüstan və Moldova öz iqtisadiyyatlarını böhrandan əvvəlki səviyyəyə qaytarmağa gücü çatmayacaq.

2009-cu ildə ən çox azalma Ukrayna və Ermənistanda müşahidə edilib. Bu ölkələrin azalması 15% təşkil edib. BMT 2010-cu ildə bu ölkələrdə zəif iqtisadi bərpa tempi proqnozlaşdırır.

BRİC ölkələrində 2009-cu ildə iqtisadi azalma müşahidə edilib. Bu ölkələrdə 2010-cu ildə artım səviyyəsi çox zəif olacaq.

BMT-nin məruzəsinə görə, 2010-cu ildə dünyada aparıcı ölkələrin iqtisadiyyatda stimullaşdırılması tədbirləri fonunda ÜDM-in artımı 2,4% olacaq.

Məruzəyə görə, ABŞ-da iqtisadi artım 2,5% proqnozlaşdırılıb. Avropa Birliyi ölkələrində itqisadi artım tempinin səviyyəsi orta hesabla 0,6%, Yaponiyada 0,9% olacaq. 

2010-cu ildə Çində 8,8%, Hindistanda 6,5%, Braziliyada 4,5% artım müşahidə ediləcək.

Tarix: 27 Yanvar 2010  |  Baxış sayı: 719




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV