Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Dünyada işsizlik rekord həddə çatıb
Son iki ildə 34 milyon nəfər işini itirib

2009-cu ildə dünya üzrə işsizlərin sayı rekord səviyyəyə qalxaraq 212 milyon nəfər təşkil edib. “İqtisadi forum” jurnalının Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Məşğulluq sferasında qlobal tendensiya" adlı illik məruzəsinə istinadən verdiyi məlumata görə, 2007-ci idən sonra bu göstərici 34 milyon nəfər artıb.

Dünya üzrə qeyri-sabit işsizlərin payı 1,5 milyard nəfərdir. Bu isə ümumi işçi qüvvəsinin təxminən yarısını (50,6%) təşkil edir. İl ərzində bu göstərici 110 milyon nəfər artıb.

Təşkilatın məlumatına görə, 633 milyon işçi və onların ailəsinin gündəlik gəlirləri 1,25 dollardan da az olub. Daha 215 milyon işçi kasıblıq həddində yaşayıb.

Məruzəyə görə, 2009-cu ildə dünya üzrə işsizlik səviyyəsi 6,6% artıb. Ancaq artım regionlarda fərqli olub. Belə ki, Şərqi Avropada artım 4,4% olduğu halda, Mərkəzi və Cənub-Şərqi Avropa (Avropa Birliyi istisna olmaqla), MDB və Şimali Afrika ölkələrində artım 10% təşkil edib.

Ötən il inkişaf etmiş ölkələrdə və Avropa Birliyində işsizlik səviyyəsi 8,4%-ə qalxıb. Halbuki 2007-ci ildə bu göstərici 5,7%, 2008-ci ildə isə 6% təşkil edib. Qiymətləndirmələrə görə, regionda işsizlərin sayı 2007-2009-cu illərdə 13,7 milyon nəfər artıb. Bu artım 12 milyon nəfəri 2009-cu ilin payına düşür. Məşğulluq kənd təsərrüfatı və xidmət sferası ilə müqayisədə daha çox sənayedə azalıb.

Tarix: 27 Yanvar 2010  |  Baxış sayı: 961




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV