Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Hər uşağın orta illik təhsil xərci 56 manatdan çoxdur
İqtisadi Tədqiqatlar Mərkəzi 3000 ev təsərrüfatı arasinda keçirdiyi sorğunun nəticələrini açıqladı

“Yoxsulluğun azaldılması üzrə proqramların səmərəliliyinin artırılması üçün ev təsərrüfatlarının büdcəsinin düzgün müayinə edilməsi tələb olunan vacib şərtlərdən biridir. Hazırda istifadə olunan büdcə metodologiyası Azərbaycanda yoxsulluğun səviyyəsi haqqında kifayət qədər dəqiq məlumat vermir”. Bu fikirləri  İTM-nin sədri Qubad İbadoğlu bu gün keçirilmiş konfransda səsləndirib.

“İqtisadi forum” jurnalının məlumatına görə, yanvarın 27-da İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) “Ev təsərrüfatlarının büdcə müayinəsi metodologiyasının qiymətləndirilməsi” layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirib. Konfransda İTM sədri Qubad İbadoğlu layihə çərçivəsində 3000 ev təsərrüfatı arasinda keçirdiyi sorğunun nəticələrini açıqladı.

Onun sözlərinə görə, sorğu göstərib ki, ev təsərrüfatlarının büdcə müayinəsi metodologiyasının alternativ qiymətləndirilməsi YADİDP-nin səmərəli tətbiqi üçün vacibdir: “Yoxsulluğun azaldılması üzrə proqramların səmərəliliyinin artırılması üçün ev təsərrüfatlarının büdcəsinin düzgün müayinə edilməsi tələb olunan vacib şərtlərdən biridir. Hazırda istifadə olunan büdcə metodologiyası Azərbaycanda yoxsulluğun səviyyəsi haqqında kifayət qədər dəqiq məlumat vermir. Minimum istehlak səbətinin əmtəə və xidmət tərkibi, onun hesablanmasında tətbiq olunan qiymətlərin real olmayan ehtimalı yaşayış dəyərinin aşağı düşməsinə və yoxsulluğa səbəb olur. Azərbaycanda yoxsulluğun əhalinin gəlir səviyyəsi əsasında ölçülməsi düzgün deyil. Çünki aqrar əyalətlərdə olan ev təsərrüfatları istehlak ehtiyaclarını qarşılamaq üçün şəxsi kənd təsərrüfatı gəlirlərinə arxalanırlar. Bu isə mövsümi xarakter daşıyır  və qazanclar müntəzəm surətdə dəyişir.”

Q.İbadoğluya görə, sorğunun məqsədi əhalinin əsas ehtiyaclarını qarşılayan ictimai xidmətlər infrastrukturunun kəmiyyət və keyfiyyətini qiymətləndirmək olub. Sorğu əsasında hazırlanmış tədqiqat 3 istiqaməti əhatə edib: təhsilə, tibb xidmətlərinə və sosial müdafiəyə çıxış. Sorğu təsadüfi seçmə metoduna əsaslanmış və Naxçıvan Muxtar Respublikası istisna edilməklə, Azərbaycanın bütün regionların təmsilçiliyi əsasında aparılıb: “Tədqiqat göstərdi ki, 2007-2009-cu illər ərzində təhsilə, səhiyyə, sosial müdafiə kimi ictimai xidmətlərə sərf olunan xərclər 90%-ə yaxın artaraq 3.2 milyard AZN təşkil edib. Təhsil xərclərinin iqtisadi təsnifat üzrə təhlili göstərdi ki, vəsaitin 79%-i əmək haqlarının ödənişinə sərf edilib. Bu da onu təsdiq edir ki, istehlak bilavasitə insan kapitalına qoyulan uzunmüddətli investisiyaları üstələyir. Sosial müdafiə və təminat sahəsində göstəricilərlə birbaşa əlaqəsi olan və hər il yenidən hesablanan yaşayışın minimum dəyəri istehlak ehtiyaclarının və qiymətlərinin sürətlə artmasına adekvat deyil. Nəticə dövlətin sosial siyasətinin reallığını təhrif edir. Odur ki, uşaqların təhsili üçün ayrılan sosial müavinət lazımi məbləğin yalnız 43.8%-ni təşkil edir.” 

İTM sədrinin sözlərinə görə, son təhsil ilində valideynlər orta hesabla 1 şagirdə görə təhsil müəssisələrinə rəsmi olaraq 13,17 manat, qeyri-rəsmi olaraq 14,03 manat, ümumilikdə isə 27,22 manat vəsait ödəyiblər. Bundan əlavə, eyni dövrdə uniformalara, idman geyimlərinə, dərs və tədris vəsaitlərinə görə ödəniş 29,02 manat təşkil edib ki, bu da bütövlükdə 1 uşağın yalnız məktəblə bağlı xərclərinin il ərzində 56,24 manata bərabər olduğunu deməyə əsas verir. Nəzərə alanda ki, hazırda ümumtəhsil məktəblərində 1,5 milyon nəfərə yaxın şagird oxuyur, onda aydın olur ki, rəsmi və qeyri-rəsmi olaraq valideynlərin şagirdlərin təhsili üçün ödənişlərinin ümumi məbləği 85 milyon manata çatır.

Tarix: 27 Yanvar 2010  |  Baxış sayı: 1103




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV