Hökumət onu 10 müddətində 2 dəfə azaltmaq niyyətindədir
ABŞ Konqresinin Büdcə Ofisinin qiymətləndirmələrinə görə, 2010-cu maliyyə ilində federal büdcənin kəsiri $1,35 trilyon təşkil edəcək. “İqtisadi forum” jurnalı bu barədə Reuters agentliyinə istinadən xəbər verir.
Ofisin əvvəlki proqnozunda bu göstərici $1,38 trilyon gözlənilirdi.
Konqresmenlər büdcə kəsirinin növbəti 10 ildə ixtisarını proqnozlaşdırır. Büdcə Ofisinin qiymətləndirmələrinə görə, 2020-ci ilə kimi büdcə kəsiri $687 milyarda düşəcək.
Xatırladaq ki, 2009-cu maliyyə ilində (sentyabrın 30-da bitib) Amerika büdcəsinin kəsiri vergi daxilolmalarının azalması və yaşayış minimumunun artması fonunda $1,4 trilyon və ya ÜDM-in 9,9%-i həddində təşkil edib. Kəsirin ÜDM-də həcmi 1945-ci ildən sonra ən yüksək göstəricidir.