Büdcə kəsirini ötmək üçün Avropa Birliyinə 2,2 trilyon avro lazımdır
Fitch Ratings beynəlxalq reytinq agentliyinin proqnozuna görə, 2010-cu ildə dövlət büdcəsinin kəsirinin örtmək üçün Qərbi Avropa ölkələri dünya kredit bazarlarından 2,2 trilyon avro cəlb etməli olacaq.
“İqtisadi forum” jurnalının Fitch Ratings agentliyinə istinadən verdiyi məlumata görə, kəsirin ümumi həcmi Avropa Birliyinə (AB) daxil olan 15 ölkənin (Şərqə doğru genişlənməzdən öncəki ölkələr) ÜDM-sinin 19%-i həcmindədir.
AB-nin aparıcı ölkələrinin büdcə kəsirləri iqtisadi böhrandan çıxmaq üçün hökumətlər tərəfindən həyata keçirilən sabitləşdirmə tədbirləri nəticəsində əmələ gəlib.
Fitch agentliyinin hesablamalarına görə, büdcə kəsirinin həcminə görə Fransa liderdir. Onun büdcə kəsiri 454 milyard avro təşkil edir. Bu göstərici İtaliyada 393 milyard avro, Almaniyada 386 milyard, Böyük Britaniyada isə 279 milyard avroya bərabərdir.
Agentliyin analitiklərinin xəbərdarlığına görə, cari ildə AB-nin bir çox ölkələrinin böyük həcmdə borclarının yaranması səbəbindən Avropanın istiqraz bazarları gərginlik yaşayacaq.