Bir müddətdir ki, Avropa valyutası dünyanın bir sıra aparıcı valyutalarına nisbətən, o cümlədən dollar və iyenaya nəzərən ucuzlaşır. Həftənin ilk yarısında ABŞ dollarının məzənnəsi qalxıb, iyena isə avroya nisbətən 9 ayda ən yüksək həddə çıxıb. İnvestorlar dünya iqtisadiyyatının bərpasının səngiyəcəyindən narafatdır.
“İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, çərşənbə günü avronun kursu dollara nisbətən ucuzlaşaraq 1,4072-dən 1,4065 dollara düşüb. Avropa valyutası eyni zamanda yapon iyenasına nisbətən də dəyərsizləşib. Belə ki, avronun məzənnəsi 126,16-dan 125,50 iyenaya düşüb.
Yanvarın 27-də dollar iyenaya nisbətən ucuzlaşaraq 89,65-dən 89,23 uyenaya enib.
Agentliyin məlumatına görə, bazar iştirakçıları Almaniyada yanvar ayı üzrə istehlak qiymətlərinin dinamikası barədə xəbərlər gözləyirlər. Proqnoza görə, Almaniyada yanvar ayında deflyasiya müşahidə edilir. Halbuki dekabrda qiymətlər 0,9% artmışdı.
Dolların iyenaya qarşı ucuzlaşması isə Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcələrini uzun müddət dəyişməyəcəyi gözləntiləri ilə bağlıdır. FES-in Açıq Bazarlar üzrə Komitəsi ikigünlük yığıncağında uçot dərəcəsini dəyişməz – 0-0,25% həddində saxlayıb.