Qlobal böhranın olacağını bir il öncə xəbərdarlıq etmiş iqtisadçı indi də avrozonadakı təhlükədən danışır
Nyu-York Universitetinin professoru Nuriel Rubini hesab edir ki, avro zona baş verənlər sondan bu blokun daqılması ilə yekunlaşacaq. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, Rubini bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumda açıqlama verib.
Rubiniyə görə, uzaq perspektivdə valyuta birliyinin dağılması təhlükəsi yarana bilər və bu risk getdikcə artır.
Avrozonada potensial problemin yaranması təhlükəsi Yunanıstanda yaranmış iqtisadi böhranla əlaqədar ortaya çıxıb. Rubinindən fərqli olaraq Avropa Mərkəzi Bankının rəhbəri Jan Klod Trişe açıqlamasnda bildirib ki, hər hansı bir ölkənin avrozonadan çıxması ilə bağlı gedən söhbətlər absurddur. Ancaq Rubininin fikrincə, valyuta birliyinin inkişafı yeni fazaya keçə bilər.
Qlobal iqtisadi böhranın olacağını hələ bir il öncə xəbərdarlıq etmiş Rubiniyə görə, avrozona üçün əsas təhlükə Yunanıstan yox, blokda dördüncü ən böyük iqtisadiyyata malik İspaniyadır. İqtisadçını xüsusilə yüksək işsizlik (19%) və zəif bank sektoru narahat edir. “Yunanıstanın iflası avrozona üçün problem, İspaniyanın iflası isə faciədir” – deyə qeyd edib.
Rubiniyə görə, İspaniya və Yunanıstanı rəqbət qabiliyyətinin azalması və büdcə disbalansı gözləyir. Bu ölkələr avrozoyada daxil olduğundan ixracın stimullaşdırılması hesabına tənəzzüldən çıxmaq üçün öz valyutalarını ucuzlaşdıra bilmirlər.
«Avrozona ikiləşmə istiqamətində uzəcək. Bir tərəfdən güclü mərkəz, digər tərəfdən isə zəif ətraf. Hansı bir məqamda bəzi ölkələr avro zonanı tərk edə bilər. Və bu valyuta blokunun ilk sınağıdır” – deyə iqtisadçı narafatçılığını dilə gətirib.
«Əksər inkişaf etmiş ölkələr iri həcmdə büdcə kəsiri ilə üzləşib və bu hələ də həllini tapmır», — Rubini Bloomberg agentliyinə müsahibəsində bildirib.
Məlumat üşün bildirək ki, ötən il Yunanıstanın büdcə kəsiri AB-nin müəyyənləşdirdiyi 3%-lik limiti 4 dəfə ötüb. Yunanıstanın borcu bu il ÜDM-nin 120%-ni ötə bilər. Bu isə avrozonada ən yüksək göstərici və 60%-lik həddən 2 dəfə çoxdur.