Azərbaycanda avronun məzənnəsi 7 aylıq minimuma enib
“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi son 7 ayda ən aşağı səviyyəyə düşüb.
Mərkəzi Bankın məlumatına görə, yanvarın 28-də Avropa valyutasının manata nisbətən rəsmi məzənnəsi 1,1195 manat müəyyən edilib. Bu 17 iyun 2009-cu ildən bəri ən aşağı göstəricidir. Həmin tarixdə 1 avro 1,115 manata bərabər olub.
Bu, dünya bazarında avronun ucuzlaşması ilə bağlıdır. Avronun dollara nisbətən məzənnəsi 6 aylıq minimum həddə düşüb və hazırda 1 avro 1,4 dollardan da aşağı kursla dəyişdirilir. Avropa valyutası eyni zamanda yapon iyenasına nisbətən də dəyərsizləşib. Artıq bir sıra iqtisadçılar, maliyyə institutları avrozonanın dağılacağını və avronun kəskin ucuzlaşacağını pronozlaşdırırlar.