Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


AVRO BATSA...
Ekspertə görə, Neft Fondu da, Mərkəzi Bank da çevik olmalıdır

Dünyanın aparıcı valyutaları olan avro və dollarla bağlı proqnozlar günbəgün dəyişir. Nyu-York Universitetinin professoru Nuriel Rubini hesab edir ki, avrozonada baş verənlər sonda bu birliyin dağılması ilə yekunlaşacaq. Rubini bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda açıqlama verib. Ekspertə görə, uzaq perspektivdə valyuta birliyinin dağılması təhlükəsi yarana bilər və bu risk getdikcə artır.

Qeyd edək ki, adıçəkilən professor qlobal iqtisadi böhranın olacağı barədə hələ bir il öncə xəbərdarlıq etmişdi və onun proqnozu özünü doğrultmuşdu. Bu baxımdan onun yeni açıqlaması diqqət doğurmaya bilməz. Xüsusilə valyuta ehtiyatlarında avronun çoxluq təşkil etdiyi ölkələr üçün bu, ciddi siqnaldır. Qeyd edək ki, Azərbaycanın Dövlət Neft Fondunun (ARDNF) portfelindəki vəsaitlərin 40 faizi avro şəklində saxlanılır. Bu haqda yaxın günlərdə mətbuata açıqlamasına fondun icraçı direktoru Şahmar Mövsumov bildirib. Onun sözlərinə görə, fondun valyuta ehtiyatlarının 50 faizi ABŞ dolları, 10 faizi isə digər valyuta və qiymətli kağızlarda saxlanır. “Yenidən qiymətləndirmə üzrə gəlirlərin əksəriyyəti məhz avronun dollara qarşı dəyişməsindən asılıdır” deyən icraçı direktor həmçinin bildirib ki, 2008-ci ildə avronun dollara qarşı məzənnəsinin dəyişməsi nəticəsində büdcədənkənar xərclər olub. Ötən il isə belə dəyişiklik fondun gəlirlər hissəsində qeydə alınıb: “Ümumilikdə bu məsələlər dolların və avronun özünün tarazlığından asılıdır. Ona görə biz öz gəlirliliyimizi hesablayan zaman məzənnənin dəyişməsini nəzərə almırıq. Çünki o bizim nə gəlirimizdir, nə də xərcimiz, bu, sadəcə maliyyə bazarlarında baş verən məzənnə dəyişkənliyidir. Bizim üçün ən vacibi faiz gəlirləridir”.

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında avronun payı azdır. Qurumdan verilən məlumata görə, valyuta ehtiyatlarının cəmi 10 faizi avrodadır, 85 faiz dollarda, 10 faiz isə digər valyutalarda saxlanılır.

“İqtisadi Forum” jurnalının redaktoru Samir Əliyevin sözlərinə görə, ötən illə müqayisədə indi avroya inam problemi ortaya çıxıb: “Son illər, xüsusilə də böhran başlayandan bəri investorlarda ABŞ dollarına olan inam azalmağa başladı. Artıq bir sıra ölkələr, xüsusən də inkişaf etməkdə olan ölkələr valyuta ehtiyatlarında dolların payını azaldaraq onu avro və qızılla kompensasiya etməyə çalışıblar. BVF-nin hesablamalarına görə, son 10 ildə dünyanın bütün valyuta ehtiyatlarında dolların payı 71 faizdən 64 faizə düşüb. Əvəzində avronun xüsusi çəkisi 18 faizdən 26 faizə yüksəlib”. Ekspert qeyd etdi ki, avrozona ölkələrinin büdcə kəsirləri və dövlət borcları da durmadan artır.

“Fitch” və “Standard & Poor’s” kimi beynəlxalq reytinq agentlikləri Yunanıstan və İspaniyanın reytinqini aşağı salıblar. “Moody’s Investors Services” isə Portuqaliya və Yunanıstan iqtisadiyyatının “yavaş ölüm” adlandırıb. Bu problemlər blokun lokomotivi olan Almaniya və Fransa iqtisadiyyatına da təsirsiz ötüşmür: “Almaniya Yunanıstana yardım etməyəcəyini açıqlayaraq hər bir dövlətin problemi özü həll etməli olduğunu bildirib. Ancaq vəziyyətin kritik həddə çatması onu göstərir ki, Avropa Birliyi yardım etmək niyyətində olmadığını desə də, Yunanıstana kömək əlini uzadacaq”.

Azərbaycana gəlincə, S.Əliyev bildirir ki, avronun kəskin dəyərdən düşməsinin birbaşa olmasa da, dolayısı ilə mənfi təsirləri olacaq: “Azərbaycanın xarici ticarətində avronın payı 15 faizdən çox deyil. Hesablaşmaların təxminən 3/4-ü dollarla aparılır. Milli valyutanın istər nominal, istərsə də real effektiv məzənnəsi xarici ticarətin hansı valyuta ilə aparılmasından bilavasitə asılıdır. Artıq 2 ildir ki, Azərbaycan manatının məzənnəsi dollar və avronun daxil olduğu bir səbət əsasında  müəyyənləşir. Bu səbətdə dolların çəkisi yüksək olduğundan milli valyutamız dollara bağlıdır. Dünya bazarında avroya olan inamsızlıq ABŞ valyutasına tələbatı artıracaq və dollar möhkəmlənəcək. Təcrübə göstərir ki, dollara inam azalsa da, bu valyuta hələ də dominant rolunu qoruyub saxlaya bilib. Dolların kəskin möhkəmlənməsi və avronun ucuzlaşacağı təqdirdə Azərbaycanda manat ucuzlaşacaq. Digər tərəfdən, dolların bahalaşması əmtəə bazarında xammalın, xüsusilə də neftin qiymətinin ucuzlaşmasını şərtləndirəcək. Neftin ucuzlaşması isə ölkəyə daxil olan neft dollarının azalması deməkdir. Deməli, bir tərəfdən dolların bahalaşması nəticəsində manat ucuzlaşacaq, digər tərəfdən isə neft gəlirlərinin azalması səbəbindən Mərkəzi Bank manatın kursunu sabit saxlamaqda artıq maraqlı olmayacaq”. 

Ekspertin fikrincə, dolların möhkəmlənməsi valyuta bazarı ilə məhdudlaşmayacaq və təsirini əmtəə bazarına da göstərəcək: “ABŞ valyutasının bahalaşması dollarla alınan və ölkəyə gətirilən malların qiymətinin artmasına gətirib çıxaracaq. Sonda isə biz ölkədə inflyasiyanın şahidi olacağıq. Avronun ucuzlaşmasının digər zərəri Neft Fondunun öz ehtiyatlarının diversifikasiya məsələsində ləng qərar qəbul etməsi ilə də bağlı ola bilər. Çünki fond öz ehtiyatlarının 40 faizini Avropa valyutası ilə saxlayır. Fikrimcə, həm Neft Fondu, həm də Mərkəzi Bank dünyada baş verən proseslərə çevik reaksiya verməlidir”.

H.ABDULLA
“Yeni Müsavat” qəzeti
 
Tarix: 30 Yanvar 2010  |  Baxış sayı: 1496




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV