Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Bələdiyyələr üzv olduqları Assosiasiyaların fəaliyyətini səmərəsiz sayır
İTY İB “Kənd Bələdiyyələri Milli Assosiasiyasının fəaliyyətinin qiymətləndirilməsi” ilə bağlı hesabatın müzakirəsini təşkil edib
 
Sorğuya cəlb olunan bələdiyyələrin 74%-i Kənd Bələdiyyələri Assosiasiyasının 3 illik fəaliyyətinin səmərəsiz olduğu bildirib. Respondentlərin 90%-i isə ötən dövr ərzində Assosiasiyanın hər hansı xidmətindən faydalanmadıqlarını qeyd ediblər. “İqtisadi forum” jurnalının məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi “Kənd Bələdiyyələri Milli Assosiasiyasının fəaliyyətinin qiymətləndirilməsi” adlı hesabatın ilkin müzakirəsini təşkil edib.

Məlumata görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTYİB) fevralın 1-də Azərbaycan Media Mərkəzində Oxfam GB və İCCO təşkilatlarının dəstəyi ilə həyata keçirilən «Azərbaycanda yerli özünüidarəetmənin gücləndirilməsi» layihəsi çərçivəsində dəyirmi masa keçirib. Dəyirmi masada ölkədə yerli özünüidarə sahəsində tədqiqat aparan ekspertlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan İTYİB eksperti Samir Əliyev layihə çərçivəsində görülən işlər barədə məlumat verdi və qeyd etdi ki, layihə  çərçivəsində Kənd bələdiyyələri Assosiasiyasının fəaliyyəti qiymətləndirilib və bununla bağlı tədqiqat hesabatı hazırlanıb. Onun sözlərinə görə, tədqiqatın hazırlanması zamanı ölkə qanunvericiliyi araşdırılmış, Avropa Şurasının bələdiyyə birlikləri ilə bağlı tövsiyələri öyrənilmiş, KBA-nın üzvü olan bələdiyyələr arasında sorğular keçirilmiş, millət vəkilləri, ekspertlər, QHT və KİV nümayəndələri ilə müsahibələr aparılmış, beynəlxalq təcrübə öyrənilmişdir.

S.Əliyevin sözlərinə görə, tədbirə dövlət qurumları və Assosiasiyalar dəvət olunsa da təəssüf ki, iştirak etmirlər: “Biz hər üç Assosiasiyaya dəvət göndərmişik və hazırladığımız sənədi təqdim etmişik. Ancaq onlar tədbirdə iştirak etmirlər. Yaxşı olardı ki, iştirak etsinlər və fikirlərini dəyirmi masada çatdırsınlar. Bu o deməkdir ki, sənəddə göstərilən irad və təkliflərlə razilaşırlar.”

İTYİB-nin sədr müavini Rövşən Ağayev Azərbaycan Kənd Bələdiyyələri Assosiasiyasının fəaliyyətinin qiymətləndirilməsinə dair tədqiqatın nəticələrini iştirakçıların diqqətinə çatdırdı (təqdimat əlavə olunub). Onun sözlərinə görə, effektiv bələdiyyə institutunun formalaşması yerli özünüidarə birliklərinin fəaliyyətinin səmərəli qurulmasından əhəmiyyətli dərəcədə asılıdır. Bəzən bu cür birliklərə yalnız bələdiyyələrarası əməkdaşlığın bir forması kimi baxılır. Lakin belə yanaşma yerli özünüidarə Assosiasiyalarının statusunu xeyli aşağı salır. Bələdiyyə birlikləri yerli özünüidarə orqanları arasında əməkdaşlıq formatından daha çox, mərkəzi hökumət qarşısında həmin orqanların maraqlarını təmsil edən institutdur. Odur ki, beynəlxalq təcrübədə bələdiyyə Assosiasiyalarının fəaliyyətinin effektivliyi məhz onun öz üzvlərinin maraqlarını təmsil etmə bacarığı əsasında qiymətləndirilir.

R.Ağayev Azərbaycanda bələdiyyə birliklərinin yaradılmasından artıq 3 il ötdüyü bildirərək onların indiyədək hər hansı ciddi təşəbbüslərlə çıxış etməsinin müşahidə olunmadığını qeyd etdi: “2006-cı ilin payızında Azərbaycanda kənd, qəsəbə və şəhər bələdiyyələrinin təmsil olunduğu 3 müxtəlif Assosiasiya yaradılıb. Bələdiyyələrin təxminən 85 faizi, 9 faizi qəsəbə, yerdə qalanı isə şəhər assosiasiyasında birləşib. Lakin ötən dövr ərzində ölkədə əksmərkəzləşmənin dərinləşməsi, bələdiyyə institutunun inkişafı istiqamətində yerli özünüidarə birliklərinin hər hansı ciddi təşəbbüslərlə çıxış etməsi müşahidə olunmayıb. Yarandığı dövrdən indiyədək bələdiyyə birlikləri nə dərəcədə öz mandatına uyğun fəaliyyət göstərib? Bu qurumların potensialı (xüsusilə də kadr resursları) onların öz missiyasına uyğun çalışmasına imkan yaradıbmı? Üzv-bələdiyyələr, müstəqil ekspertlər, həmçinin bələdiyyə birliklərinin təmsilçiləri assosiasiyaların fəaliyyətində hansı problemləri daha qabarıq müşahidə edir? Bu qəbildən olan suallara obyektiv cavabların tapılması bələdiyyə assosiasiyalarının fəaliyyətilə bağlı müstəqil qiymətləndirmənin aparılmasını zəruri edir”.

Ekspertə görə, tədqiqat çərçivəsində konkret suallar müəyyən edilib və həmin sullara cavab axtarılıb. Məsələn, hazırda Azərbaycanda KBA-nın fəaliyyəti səmərəlidirmi və bu hansı meyarlar əsasında müəyyən olunmalıdır, beynəlxalq təcrübə əsasında müqayisə apardıqda Azərbaycanın analoji qurumlarının fəaliyyətində hansı fərqli cəhətlər müşahidə olunur, bu qurumların fəaliyyəti Avropa Şurasının standartlarına nə dərəcədə uyğundur və s. kimi suallar layihə ekspertlərinin tədqiqat istiqamətlərini təşkil edib.

Qabaqcıl təcrübələrin obyekti kimi Estoniya, Norveç, Finlandiya, Rusiya, Qırğızıstan və İsveç bələdiyyə birlikiləri seçilib. Eyni zamanda, Azərbaycan KBA-nın fəaliyyətini qiymətləndirmək üçün meyarlar (cəmi 10 meyar) işlənib hazırlanıb. Həmin meyarlar elə seçilib ki, onlar KBA-nın həm institusional, həm də cari fəaliyyətini qiymətləndirməyə imkan verir. Nəhayət, ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən və KBA-da təmsil olunan bələdiyyələr arasında keçirilən sorğular, KBA nümayəndələrindən, yerli özünüidarə problemləri üzrə ekspertlərdən və bu sahəni işıqlandıran media təmsilçilərindən götürülən müsahibələr Assosiasiyanın fəaliyyətini qiymətləndirmək üçün əsas məlumat mənbəyi kimi istifadə olunub.

Bələdiyyələr arasında keçirilmiş sorgunun üzə çıxardığı məqamlardan danışan təqdimatçı vəziyyətin heç də ürəkaçan olmadığını bildirdi: “Sorğuya cəlb olunan bələdiyyələrin təqribən 80%-i Assosiasiyanın fəaliyyəti barədə yetərincə məlumatlı saymır və onların 26% bu qurumun fəaliyyətini yalnız üzvlük haqqı ödədikləri üçün xatırlayırlar. Respondent-bələdiyyələrin 74%-i Assosiasiyanın ötən 3 illik fəaliyyətinin səmərəsiz olduğu qənaətindədir.  Respondent-bələdiyyələrin 90%-i ötən dövr ərzində Assosiasiyanın hər hansı xidmətindən faydalanmadıqlarını qeyd ediblər”

Ağayevə görə, tədqiqat zamanı yerli özünüidarə məsələləri üzrə ixtisaslaşmış QHT-lərdən götürülmüş müsahəbələrin nəticələri göstərir ki, onlar da AssosiasiyalarKBA-nın fəaliyyətini səmərəli hesab etmir: “Ekspertlər Assosiasiyanı dövlət hakimiyyət orqanlarının təsirlərindən azad olan müstəqil qurum kimi qəbul etmirlər. Vətəndaş cəmiyyətilə KBA arasında əməkdaşlıq münasibətləri intensiv xarakter daşımır. Onların fikrincə, Assosiasiyanın fəaliyyət proqramının olmaması peşəkar təşkilat üçün ciddi qüsurdur.”

Təqdimatçı qeyd etdi ki, rəsmi qurumların təmsilçiləri QHT və media nümayəndələrindən fərqli olaraq KBA-nı mövcud reallıqlar çərçivəsində səmərəli qurum kimi təqdim edirlər. Onlar Assosiasiyanın fəal olmamasını onun cavan olması ilə əlaqələndirirlər. Çoxlu sayda təşəbbüslər göstərildiyini, amma vətəndaş cəmiyyətinin bunları yetərincə diqqətə almadığını qeyd edirlər. Hesabatlılığın zəif olması ilə bağlı üzvlərinin iradlarına qarşı mövqelərini yetərincə əsaslandıra bilmirlər. Rəsmi qurumlar vahid bələdiyyə Assosiasiyanın yaradılması ilə bağlı vətəndaş cəmiyyəti təşəbbüslərinə müsbət yanaşırlar.

Sonda R.Ağayev Tədqiqatı aparan ekspert qrupu monitorinq zamanı əldə olunmuş bütün məlumatları təhlil etməklə KBA-nın fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə hazırladığı təklifləri iştirakçıların diqqətinə çatdırdı: 

- Bələdiyyə assosiasiyaları qeyri-kommersiya təşkilatı statusuna malik olsa da, bu istənilən halda ənənəvi QHT-lərin statusundan fərqlənməlidir. Nəzərə almaq vacibdir ki, inkişaf etmiş ölkələrdə yerli özünüidarəyə dair dövlət siyasətinin formalaşdırılması prosesində bələdiyyə birlikləri mərkəzi hökumətin bərabərhüquqlu tərəfdaşı kimi qəbul olunur. Azərbaycanda assosiasiyaların, o cümlədən KBA-nın bu cür rəsmi status qazanması üçün ya bu birliyin fəaliyyətini reqlamentləşdirən ayrıca qanun qəbul edilməli, ya da bələdiyyələrin statusuna dair qanunvericiliyə «bələdiyyə birliklərinin fəaliyyətinin tənzimlənməsi» adlı ayrıca bölmə daxil edilməlidir. Assosiasiyaların formalaşma prinsipləri, fəaliyyət istiqamətləri, maliyyə mənbələrinin formalaşması və vəsaitlərin xərclənmə istiqamətləri, hesabatlılığı və s. kimi məsələlər qanunla müəyyən edilməlidir;

- Yerli Özünüidarəyə dair Avropa Xartiyasının tələblərinə uyğun olaraq milli qanunvericilik bələdiyyə assosiasiyalarının beynəlxalq birliklərə daxil olmaq hüququnu tanımalıdır;

- Mərkəzi dövlət orqanları ilə bələdiyyələr arasında məsləhətləşmələrin müntəzəmliyini təmin etmək üçün daimi (həm də ictimai) əsaslarla konsultativ qurum yaradılmalıdır; 

- KBA peşəkar bir struktura çevrilmək, özü üçün aydın fəaliyyət perspektivləri müəyyənləşdirmək üçün özünün orta və uzun müddətli fəaliyyət proqramını, həmçinin 3-5 illik strateji planını işləyib hazırlamalıdır. Özü də proses bütün maraqlı tərəflərin - bələdiyyə sahəsində ixtisaslaşmış QHT-lərin, dövlət hakimiyyət orqanlarının, yerli özünüidarə problemlərinə maraq göstərən KİV-nin, bələdiyyələrin, beynəlxalq təşkilatların iştirakçılığı ilə baş tutmalıdır;

 - KBA üzvlərilə virtual və operativ əlaqəyə nail olmaq, üzvlərinin məlumatlılıq səviyyəsini yüksəltmək üçün öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqini, xüsusilə internet saytının yaradılmasını, sayt vasitəsilə bələdiyyələrə onlayn qanunvericilik xidmətinin göstərilməsini, bələdiyyələrin müxtəlif problemlərinin geniş ictimai müzakirəsinə dair internet forumların keçirilməsini, virtual təlimlərin təşkilini təmin etməlidir;

- KBA özünün proqram və maliyyə fəaliyyətinə dair xüsusi hesabatlılıq standartları işləyib hazırlamalıdır;    

- KBA özünün ictimaiyyətlə, ələlxüsus QHT və KİV-lərlə səmərəli əməkdaşlığını təmin etmək üçün ictimai əlaqələrə məsul xüsusi struktura malik olamalı, müntəzəm olaraq vətəndaş cəmiyyəti institutları və medianın iştirakı ilə dəyirmi masalar və mətbuat konfransları keçirməlidir;

- KBA bələdiyyə təmsilçilərinin bilik və bacarıqlarının artırılması üçün xüsusi proqrama malik olmalı, bu istiqamətdə QHT-lərin mövcud potensialından bəhrələnməlidir;

- Bələdiyyələrin inkişafına kənardan resurs cəlb etmək məqsədilə beynəlxalq təşkilatlarla sıx əməkdaşlı əlaqələrinə malik olmalıdır;   

- Hər il bələdiyyə qanunvericiliyi təhlil edilməli, aparılan təhlillər və toplanan rəylər əsasında qanunvericilik təşəbbüslərini parlamentə təqdim etməlidir;

- Bələdiyyə kadrlarının hazırlanması işinin səmərəliliyinin yüksəldilməsi üçün universitetlərlə əməkdaşlıq əlaqələri qurmalıdır.

 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqi çıxışından bildirdi ki, bələdiyyə assosiasiyalarının indiki fəaliyyəti Azərbaycanda bələdiyyə sisteminə adekvatdır. Bələdiyyələr necə işləyirsə, onların Assosiasiyaları da elə işləyir. Onun sözlərinə görə, Assosiasiyalar müstəqil deyillər, sərbəst qərar qəbul etmək iqtisadırdan deyillər. “Assosiasiyada xeyli insan çalışır və onların orta aylıq maaşları 250-300 manatdır. Halbu ki, bələdiyyələrin özlərində bu xeyli azdır. Belə çıxır ki, bələdiyyələr ona görə üzvlük haqqı verirlər ki, Assosiasiyada çalışanlar yaxşı maaş alsın. Amma üzvlərə heç bir kömək etmirlər” – deyə V.Tofiqi vurqulayıb.

“Hüquq və İnkişaf” ictimai birliyinin sədri Hafiz Həsənov diqqəti Assosiasiyaların hüquqi statusuna yönəldilməli olduğunu yönəltdi.

İREX-in eksperti Ələsgər Məmmədlinin fikrincə, qanunvericicilikdə birliklərin statusu ilə bağlı qarışıqlıq var və bəzilərinin statusu qanunla qorunduğu halda digərlərində bunu müşahidə etmək mümkün deyil.

“Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının koordinatoru Abil Bayramov qeyd etdi ki, Assosiasiyalar hökumət və bələdiyyələr arasında məsləhətləşmə və dialoq mexanizmi kimi çıxış etməlidirlər.  

 
 
 
 
Tarix: 01 Fevral 2010  |  Baxış sayı: 975




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV