2009-cu ildə ölkə üzrə 179 bankomat quraşdırılıb. “İqtisadi forum” jurnalının Mərkəzi Bankına istinadən məlumata görə, ötən il bankomatların ümumi sayı 1515-dən 1694-ə yüksəlib.
Bütün bankomatların 56,6%-i və ya 959-u Bakıda, 43,4%-i və ya 735-i isə regionlarda fəaliyyət göstərir.
Dekabr ayında quraşdırılan bankomatların sayı 21 ədəd olub ki, onların da 16-sı paytaxtın, 5-i isə regionların payına düşüb.
2009-cu ildə ölkə üzrə 533 POS terminal quraşdırılıb. Ümumilikdə POS terminalların sayı 8124-dən 8657-ə yüksəlib. Bütün terminalların 91%-i və ya 7871-i Bakının, 9%-i və ya 786-si isə regionların payına düşür.
Dekabr ayında 44 POS terminal quraşdırılıb ki, bunların da hamısı paytaxtına payına düşüb. Həm noyabrda, həm də dekabrda regionlarda POS terminal quraşdırılmayıb.
Bütün POS terminalların 91%-i və ya 7854-ü pərakəndə ticarət, ictimai iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Onların 95%-i və ya 7429-u Bakının payına düşür.