Yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 0,7% azalaraq 5 milyard 139 milyon 500 min ABŞ dollarına düşüb. “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bir ay ərzində Bankın valyuta ehtiyatı 36,1 milyon dollar azalıb.
Bankın məlumatına görə, 31 dekabr 2009-cu il tarixinə valyuta ehtiyatı 5 milyard 175 milyon 600 min dollar təşkil edib.
2009-cu ilin müvafiq dövrü ilə müqayisədə yanvarda valyuta ehtiyatı 14% və ya 836 milyon dollar azalıb. Ötən ilin yanvarında bu göstərici 5 milyard 975 milyon 900 min dollara bərabər olub.
Ötən ilin noyabrından başlayaraq valyuta ehtiyatının həcmində azalma müşahidə edilir.
Xatırladaq ki, 2009-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatı 15,6% və ya 961,4 milyon dollar azalaraq 5 milyard 139 milyon 500 min ABŞ dollar təşkil etmişdi.