Rusiyanın valyuta ehtiyatı $1,5 milyard artaraq yanvarın 29-na $437,1 milyard təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Rusiyanın Mərkəzi Bankı açıqlama verib.
Bununla da Mərkəzi Bankın valyuta ehtiyatı 0,3% artıb. Valyuta ehtiyatı bir həftə əvvəl – yanvarın 22-də $435,6 milyarda bərabər olub.
2010-cu ilin yanvarın 1-i tarixinə Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi $440,6 milyard olub. İl başlayandan ehtiyatlar $3,5 milyard azalıb.
Məlumat üçün bildirək ki, Rusiyanın beynəlxalq ehtiyatları Mərkəzi Bankın və Rusiya Hökumətinin sərəncamında yerləşdirilən yüksək likvidli maliyyə aktivlərini əks etdirir. Ehtiyatlar xarici valyutalar, qızıl, SDR və digər ehtiyat aktivlərindən ibarətdir.
Xatırladaq ki, Rusiya valyuta ehtiyatının həcminə görə Çin və Yaponiyadan sonra üçüncü yeri tutur.