Ötən ay İspaniyada 125.000 nəfərə qədər vətəndaş işsiz qismində qeydiyyatdan keçib. Bununla da işsizlərin sayı rəsmi məlumatlara görə, 4 milyon nəfəri ötüb və bu ölkə tarixində rekord göstəricidir.
“İqtisadi forum” jurnalının Financial Times qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə İspaniyanın Əmək və İmmiqrasiya Nazirliyi hesabat yayıb.
Hesabata görə, ilin əvvəlində dekabrla müqayisədə 3% çox insan işsiz kimi qeydiyyatdan keçib. Nazirliyin rəhbəri Maravillas Royo bu vəziyyəti təbii qarşılayıb. Onun sözlərinə görə, yanvar ənənəvi olaraq iş yerlərinin yaranması üçün pis aydır. “Statistikaya görə, yanvar ayında hətta iqtisadi artım dövründə də işsizliyin səviyyəsi artıb”, – deyə nazir fikrini əsaslandırıb.
Son statistik məlumatlara görə, yeni işsizlərin təxminən 82%-i xidmət sektorunda çalışıb.
İspaniyanın həmkarlar ittifaqlarının rəyinə görə, ölkədə işsizliyin real səviyyəsi xeyli yüksəkdir. Onların hesablamalarına görə, hazırda iqtisadi aktiv əhalinin 19,4%-i və ya 4,5 milyon nəfər işsizdir.