Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Əmanətlərdə manatın payı azalıb
Əhali əsasən müddətsiz əmanətlərə üstünlük verir

2009-cu il iyul ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 3416,4 milyon manat təşkil edib. Bunun 1934,3 milyon manatı əhali tərəfindən yerləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% çoxdur. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən xəbər verir.

Ölkə banklarında yerləşdirilən depozit və əmanətlərdə əhalinin əmanətlərinin payı 57%-dir. Depozitlərin 1482,1 milyon manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür.

Son ayların müşahidələri göstərir ki, əmanətlərin həcminin artımı fonunda əhali milli valyuta olan manata inamı nisbətən azalıb. Əgər ilin əvvəlində bütün əmanətlərdə manatın payı 50,9% (933,4 milyon AZN) idisə, iyulun 1-nə bu göstərici 36%-ə (696.6 milyon AZN) düşüb. Bu azalma əsasən fevral ayının əvvəlində ölkəyə gələn “devalvasiya xəbərləri“nin təsiri nəticəsində baş verib. Martın 1-nə manatın çəkisi 5% azalaraq 45%-ə düşmüş, bu azalma sonrakı aylarda da davam edərək 36% civarında təşkil edib.

Halbuki 2005-ci ildə əhali tərəfindən yerləşdirilən əmanətlərdə 11,3%-lik paya malik olan manatın növbəti illərdə artaraq 2006-cı ildə 30,6%-ə, 2007-ci ildə 46,1%-ə və 2008-ci ildə isə 54,4%-ə çatıb.

Əmanətlərin strukturunda diqqəti çəkən digər məqam əmanətlərin müddəti ilə bağlıdır. Təhlillər göstərir ki, son dövrlər əhali manatı müddətsiz yerləşdirməyə üstünlük verir. Bu isə o deməkdir ki, milli valyutanın ucuzlaşacağından qorxan əmanətçi manatı konkret tarixdə yox, istədiyi vaxt bankdan götürmək istəyir. Məsələn, ilin əvvəlinə manat üzrə yatırılan pulların ümumi həcmində müddətsiz əmanətlər 27,8%-ə barabər idisə, artıq iyulun 1-nə bu rəqəm 36,2%-a qədər artıb. Bu artım xüsusilə fevral ayından sonra müşahidə edilib. Martın 1-nə müddətsiz əmanətlər 32,5%, aprelin 1-nə 29,8%, mayın 1-nə 36,3%, iyunun 1-nə isə 36,4% olub.
Tarix: 18 Avqust 2009  |  Baxış sayı: 1083




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV