Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Avro ilin sonuna daha da ucuzlaşacaq
Avrozonada baş verən avronun dəyərdən düşməsini sürətləndirəcək və Avropanın vahid valyutası ilin sonuna kimi ABŞ dollarına nisbətdə ucuzlaşmaqda davam edəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bir sıra analitiklər bu proqnozla çıxış edib.

Avronun perspektivindən narahatlıqlarını bildirən Morgan Stanley bankının valyuta analitikləri hesab edir ki, Yunanıstanda baş verənlər digər ölkələrə yayılmaq təhlükəsi səbəbindən Avrozonada gərginlik yaratmaqda davam edir. Banka görə, İspaniya, İtaliya və Portuqaliya pis vəziyyətə düşə bilər. Çünki uzaq olmayan keçmişdə bu dövlətlərdə müəyyən geriləmə müşahidə edilib və onlar böyük çətinlikdə iqtisadi artım tempinə görə Almaniya və Fransaya uyğunlaşa biliblər.

Analitiklər hesab edir ki, İtaliya və İspaniya məhsuldarlığı və rəqabət qabiliyyətini artırmazdan öncə çətin deflyasiya mərhələsini adlamalıdır. Çünki onların valyuta  məzənnəsinə ümid etmək imkanları tükənib. Təbii ki, belə perspektivlər Avropa valyutasına təyqizsiz ötüşmür.  

Bankın yeni proqnozuna görə, avronun ABŞ dollarına olan məzənnəsi ilin sonuna kimi 1,24-ə düşəcək. Halbuki əvvəlki proqnozda bu göstərici 1,32 dollar idi.

UBS bankının valyuta strateqləri hesab edir ki, Yunanıstanın büdcə kəsiri azalmaq planı ilə bağlı Avropa Birliyi rəsmlərinin açıqlamaları investorları sakitləşdirməyib. Banka görə, Avrozonaın problemləri həllini tapmayıb və problemli ölkələrdə hadisələrin bu istiqamətdə inkişafı yaxın zamanlarda da davam edəcək. Bu isə avronun gələcək taleyini riskə qoyur. Bankın proqnozuna görə, avro dollara nisbətən 1,4010 səviyyəsində qalacaq və bir müddətdən sonra 1,35 səviyyəsinə düşəcək.  

Commerzbank da avronun ucuzlaşacağını açıqlayıb. Bank analitiklərinin proqnozuna görə, avro 1,3405 dollar səviyyəsinə görə ucuzlaşa bilər.

Hazırda 1 avro 1,3699 dollara dəyişdirilir.
Tarix: 08 Fevral 2010  |  Baxış sayı: 892




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV