Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


İxracın 92%-i neftin payına düşüb
Ötən il ölkədən kənara 13,5 milyard ABŞ dolları həcmində neft və neft məhsulları ixrac olunub ki, bu da ümumi ixracın 91,7%-ni təşkil edib. “İqtisadi forum” jurnalının Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, 2008-ci ildə bu göstərici 13,5 milyard dollar və ya ümumi ixracın 96,8%-ə bərabər olub.

Komitənin məlumatına görə, ümumi ixracdan xam neftin payı 81,57%, neft məhsullarının payı isə 10,1% təşkil edib.

Ötən il Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 34,57 milyon ton neft nəql edilib. Bundan başqa Şimal boru kəməri ilə 2,48 milyon, Supsa boru kəməri ilə  4,24 milyon ton neft ixrac olunub.

Xam neftin ixracı bütünlükdə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən həyata keçirilib. Neft məhsullarının isə 66,53%-i ARDNŞ, 25,1%-i "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" hava hərəkəti idarəsi, 3,96%-i "Azneftyağ" İstehsalat Birliyi, 1,65%-i "İlqar LTD" şirkəti tərəfində ölkədən kənara çıxarılıb.

2009-cu ildə ümumi ixracda meyvə-tərəvəz məhsullarının payı 1,31%, bitki və heyvan mənşəli yağların payı 0,88%, qara metallar və onlardan hazırlanan məmulatların payı 0,7%, kimya sənayesi məhsullarının payı 0,23%, pambığın payı 0,12%, alüminium və ondan hazırlanan məmulatların payı 0,08%, alkoqollu və alkoqolsuz içkilərin payı 0,08%, tütün və tütün məmulatlarının payı 0,04% təşkil edib. Qalan əmtəələrin payına 4,91% düşüb.

İdxalda üstünlük maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələrinin payı 34,79% təşkil edib. Nəqliyyat vasitələri və onların hissələri 12,76% , ərzaq məhsulları 11,6%, qara metallar və onlardan hazırlanan məmulatlar 9,09%, əczaçılıq məhsulları 2,32%, oduncaq və ondan hazırlanan məmulatlar - 1,41%, xalq istehlakı malları 0,76%, mebel 0,70% paya malik olub. Qalan əmtəələrin payına 26,57% düşür.

Tarix: 09 Fevral 2010  |  Baxış sayı: 799




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV