Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Xarici ticarətdə yük daşınmaları 2,3 dəfə azalıb
Ötən il Azərbaycandan Bermud adalarına 1422,9 min ton yük daşınıb

2009-cu ildə xarici ticarət əməliyyatlarında yük daşınmaları əvvəlki illə müqayisədə 2,3 dəfə azalaraq 41,4 milyon ton təşkil edib. “İqtisadi forum” jurnalının Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, 2008-ci ildə müxtəlif növ nəqliyyat vasitələri ilə yük daşınmaların həcmi 93,4 milyon ton olub.

Yük daşınmalarının 82%-i ixracın, 18%-i isə idxalın payına düşüb. Bu müddətdə 34 milyon ton həcmində yük ölkə xaricinə, 7,4 milyon ton isə ölkəyə daxilinə daşınıb.

İxrac əməliyyatlarının 83,4%-i və ya 28,3 milyon tonu boru kəməri ilə nəql edilib. Xarici ölkələrə dənizlə 286,8 min ton, dəmiryolu ilə 3220,5 min ton, avtomobillə 458,9 min ton və hava ilə 1668,3 min ton həcmində yük göndərilib. Bu nəqliyyat növlərinin ümumi ixrac daşınmalarında payı uyğun olaraq 0,8%, 9,5%, 1,4% və 4,9% təşkil edib.

İdxal əməliyyatlarında daşınmanın əsas yükü həmişə olduğu kimi dəmiryolu nəqliyyatının payına düşüb. Ölkəyə gətirilən yüklərin 73,6%-i və ya 5456 min tonu dəmiryolu vasitəsilə daşınıb. İdxal üzrə yük daşınmalarının 371,7 min tonu dəniz, 1521,3 min tonu avtomobil, 22,7 min tonu isə hava nəqliyyatı vasitəsilə həyata keçirilib. Bu nəqliyyat növlərinin ümumi idxal daşınmalarında payı uyğun olaraq 5%, 20,5% və 0,3% təşkil edib.

Komitənin məlumatına görə, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri əsasında aparılıb. Hesabat dövründə gömrük orqanlarında 206486 ədəd yük gömrük bəyannaməsi rəsmiləşdirilib.

Ölkə ərazisindən keçirilən tranzit yüklərin həcmində isə artım müşahidə edilib. Ötən il tranzit olaraq ölkə ərazisindən 6681,7 min ton yük keçirilib ki, bu da 2008-ci illə müqayisədə 86,2 min ton çoxdur.  Tranzit yüklər əsasən İsveçrə (2114,8 min ton), İtaliya (1433,2 min ton), Bermud adaları (1422,9 min ton), Gürcüstan (540,9 min ton), Tacikistan (338,7 min ton), Türkmənistan (302,7 min ton), Rusiya (142,0 min ton), Türkiyə (100,2 min ton) və İran (139,8 min ton) kimi ölkələrə göndərilib.

Tarix: 10 Fevral 2010  |  Baxış sayı: 895




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV