Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Ev təsərrüfatlarına verilən kreditlər azalıb
Tikinti, kənd təsərrüfatı və neft sektoruna yatırılan kreditlərin həcmi isə artıb

Ötən il ev təsərrüfatlarına yönəldilən kreditlərin xüsusi çəkisində azalma müşahidə edilib. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bu sahəyə yönəldilən vəsaitlərin ölkə üzrə yatırılan bütün kreditlərdə payı 2008-ci illə müqayisədə azalaraq 32,6%-dən 27,7%-ə düşüb.

Yola saldığımız ildə ev təsərrüfatlarına 2,33 milyard manat həcmində kredit yönəldilib. Bu əvvəlki ilin göstəricisindən 6 milyon manat azdır. 2008-ci ildə ev təsərrüfatların yatırılan kreditlərin həcmi təxminən 2,34 milyard manat olub. 

2009-cu ildə ölkə iqtisadiyyatına yatırılan 8,4 milyard manatlıq kredit qoyuluşunun 1,8 milyard manatı ticarət və xidmət sektoruna yönəldilib. Ötən illə müqayisədə bu sektorun payı 26,7%-dən 21,8%-ə düşüb.

2008-ci illə müqayisədə energetika, kimya və təbii ehtiyatlar sektoruna yönəldilən kreditlərin payında da artım müşahidə edilib. Ötən il bu sektora 1,5 milyard manat həcmində kredit yatırılıb və bu bütün kreditlərin 18,1%-nə bərabərdir. 2008-ci ildə adıçəkilən sektorun payı 11,9% olub.

2009-cu ildə kənd təsərrüfatı və emal sektoruna 394,8 milyon manat, inşaat və əmlak sektoruna 576,5 milyon manat, sənaye və istehsal sektoruna isə 536,9 milyon manat həcmində kredit yatırılıb. 2008-ci illə müqayisədə bu sektorların payında artım müşahidə edilib. Belə ki, inşaat və əmlak sektorunun payı 6,4%-dən 6,9%-ə, sənaye və istehsal sektorunun payı 6%-dən 6,4%-ə, kənd təsərrüfatı və emal sektorunun payı 3,7%-dən 4,7%-ə yüksəlib.

Nəqliyyat və rabitə sektoruna və ictimai təşkilatlara ayrılan kreditlərin həcmi azalıb. 2008-ci ildə nəqliyyat və rabitə sektoruna 669,1 milyon manat ayrıldığı halda ötən il azalaraq 520,4 milyon manata düşüb. Ümumi kreditlərdə payı uyğun olaraq 9,3%-dən 6,2%-ə enib. İctimai təşkilatlara verilən kreditlər isə 7 dəfə azalmaqla 7,1 milyondan 1 milyon manata düşüb.

Maliyyə sektoruna kredit qoyuluşunda da azalma tendensiyası müşahidə edilib. 2008-ci illə müqayisədə maliyyə sektoruna yatırımlar 15 milyon azalaraq 165,6 milyon manata düşüb.
Tarix: 10 Fevral 2010  |  Baxış sayı: 849




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV