Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Şəkər qıtlığı pik həddinə çatacaq
Şəkər son 30 ildə ən yüksək həddə qədər bahalaşıb və ABŞ, Meksika, Hindistan və Pakistan tərəfindən tələbatın artması səbəbindən şəkər qıtlığı 2010-cu ilin III rübündə pik həddinə çata bilər. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Britaniyanın "Tropix Capital Management" investisiya şirkəti açıqlama verib.

“Cari ilin II rübündə dünyaın ən böyük şəkər istehsalçısı olan Braziliya tərəfdən şəkər təklifi minimal olacaq”, - "ED&F Man Holdings Ltd." treyder şirkətinin eksperti Şon Difli qeyd edir. Onun fikrincə, III rübə kimi kəskin şəkər qıtlığı olmayacaq.

Bununla yanaşı Hindistan, Çin, İndoneziya, Pakistan, Misir və Rusiya daxili qiymətləri tənzimləmək üçün xarici bazardan şəkər almaq niyyətindədir.
 
Şon Difli hesab edir ki, şəkərin dünya ehtiyatı ilə onun istehlakı arasında nisbət II rübdə son 20 ildə ən aşağı düşəcək. 

"Kingsman SA" broker şirkətinin məlumatına görə, dünyada ən böyük şəkər istehlakçısı olan Hindistan 7 milyon ton həcmində olan kəsiri örtmək üçün bu mövsüm 2,5-3 milyon ton şəkər almaq niyyətindədir. “Üçüncü ən böyük istehlakçı olan Pakistan isə iyun ayında 1,25 milyon ton həcmində şəkər almağı planlaşdırır” – deyə şirkət bildirir.

Şəkər istehlakından ancaq Hindistandan geri qalan Çində şəkər çuğundurunun məhsuldarlığını azalda biləcək quraqlıq və soyuq hava barədə xəbərdən sonra 3,3 milyon ton həcmində kəsir gözlənilir.

"Kingsman SA" broker şirkətinin direktoru Conatan Kinqsmanın sözlərinə görə, 2009-cu ilin oktyabr ayındakı 8,32 milyon tonla müqayisədə 30 aprel 2010-cu ildə bitən mövsümdə dünya üzrə şəkər qıtlığı 11,92 milyon ton ola bilər.

"Czarnikow Group Ltd." ticarət evinin proqnozuna görə, 2009/10 sezonunda dünya üzrə şəkər qıtlığı 13,5 milyon ton olacaq.

Tarix: 12 Fevral 2010  |  Baxış sayı: 857




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV