Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Şəhər təsərrüfatsızlığı
Güclü qarın üzə çıxartdığı problemlər müzakirə olundu

Fevralın 12-də İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə kəskin hava şəraitinin Bakı şəhərinin infrastrukturu və kommunal təsərrüfatında yaratdığı ciddi problemlər ictimai müzakirəyə çıxarılıb.

"İqtisadi forum" jurnalının məlumatına görə, Kaspian Plazanın konfrans zalında keçirilən tədbirdə ilk olaraq İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu çıxış edərək paytaxt və ölkə ictimaiyyəti üçün aktual olan bu movzuda ictimai müzakirələrin aparılması və müvafiq strukturlara çağırışların edilməsinin vacib olduğunu bildirib: “Kəskin hava şəraiti Bakı və ölkənin əksər bölgələrində çox ciddi inrfrastruktur problemlərinin olduğunu üzə çıxartdı. Enerji, qaz, istilik təchizatı, nəqliyyat, kommunal xidmətlərdə yaranan problemlər yüz minlərlə insanın həyatına aşıq təsir göstərdi. Bundan əlavə, qarlı günlərdə 2 nəfər çovğunda həlak olub, 60 nəfərdən yuxarı insan buzlu yollarda sürüşərək xəsarət alıb, 50-dək avtomobil qırılan ağacların altında qalıb. Bütün bunlar ictimai diqqətin ölkənin infrastruktur problemlərinə yönəldilməsini vacib edir.”

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev öz təqdimatında diqqəti Bakı və regionların enerji təchizatı sistemi, bu sahəyə qoyulan investisiyaların həcmi və səmərəliliyi məsələlərinə yönəldib. Onun sözlərinə görə, son illərdə Azərbaycanda enerji istehsalı azalıb. Belə ki, 2007-ci ildə ölkədə 21,4 mlrd. kv/saat, 2009-cu ildə isə 17,8 mlrd. kv/saat elektrik enerjisi istehsal olunub. Bu isə 17 faizlik bir azalmadır: “Maraqlıdır ki, istehsal azalsa da, bu illərdə hökumət yeni istehsal güclərinin yaradılmasına irihəcmli vəsaitlər xərcləyib. Nəticədə 2007-ci ildə 5000 Mvt olan enerji istehsal gücü 2009-cu ildə 6300 Mvt-a çatıb. Yəni 26 faiz artıb. Bu dövrdə ölkə üzrə ev təsərrüfatlarının enerji istehlakı da 11 faiz azalıb – 2007-ci ildəki 8,3 milyard kv/saatdan 2008-ci ildə 7,4 milyard kv/saata düşüb. Əgər ölkədə enerji istehsalı və istehlakı ildən-ilə azalırsa və zəruri hallarda istehsal olunan enerjini istehlakçılara çatdırmaq üçün infrastruktur yoxdursa, onda yeni güclərin yaradılmasına nə ehtiyac var? Mənə elə gəlir ki, hökumət buna aydınlıq gətirməlidir.”

R.Ağayev onu da bildirib ki, enerji sektoru ölkədə ən çox investisiya qoyulan sahələrdən biridir. Belə ki, 2005-2009-cu illərdə dövlət büdcəsindən yeni istehsal güclərinin yaradılmasına 440 milyon manat, paylayıcı şəbəkələrin yenidənqurulmasına 350 milyon manat, digər xərclərə isə 120 milyon manat vəsait yönəldilib: “Xarici kreditlər hesabına enerji sektoruna 700 milyon dollar yönəldilib. Bu qədər vəsait yönəldilməsinə rəğmən, 10 sm qar yağan kimi bütün ölkə qaranlığa qərq olur.”

İTM İdarə Heyətinin sədri Q.İbadoğlu isə təqdimatında dövlət büdcəsi hesabına nəqliyyat infrastrukturuna qoyulan investisiyalar barədə danışıb.Bildirib ki, son illərdə nəqliyyat sektoru Azərbaycanda dövlət büdcəsi hesabına ən çox vəsait yönəldilən istiqamətdir: “Belə ki, 2005-2009-cu illərdə Nəqliyyat Nazirliyi xəttilə bu sahəyə 2 milyard 631 milyon manat vəsait yönəldilib. Bu vəsaitin bir sıra xərclənmə istiqamətlərini biz görürük – yollar, körpülər və sair. Amma kiçicik bir fövqəladə vəziyyət yaranan kimi, hava şəraiti kəskinləşən zaman o yollar və körpülərdə hərəkət bütünlüklə dayanır. Bakı şəhərində nəqliyyatın hərəkətinin intellektual idarəolunması sahəsində bir layihə həyata keçirilir və 2008-ci ildə dövlət büdcəsindən bu istiqamətə 26 milyon manat yönəldilib. Amma qar və yağışlı havalarda Bakı şəhərində nəqliyyatın hərəkətinin necə idarəolunmaz hala gəldiyini hamımız görürük.”

Tədbirdə üçüncü təqdimatı İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev edib. O, çıxışını qaz, istilik təchizatı sistemi və digər kommunal xidmətlər sahəsində mövcud olan problemlər üzərində qurub. Bildirib ki, bu istiqamətlər üzrə dövlət strukturlarından verilən məlumatlar çox məhdud olduğu üçün onların üzərində təhlillər aparmaq çətindir. Lakin ümumi də olsa, verilən məlumatlar göstərir ki, bu sahələrə də dövlət hesabına vəsait qoyuluşları illər üzrəı artan dinamika nümayiş etdirir: “2005-2009-cu illər dövründə Bakının mərkəzləşdirilmiş qaydada istilik təminatı sisteminin yaxşılaşdırılmasına dövlət büdcəsindən təqribən 72,0 milyon manat sərf edilib. Hazırda Bakı şəhərində 2285 çoxmərtəbəli bina, 179 orta məktəb, 148 uşaq bağçası, 75 səhiyyə müəssisəsi və 156 digər sosial obyekt mərkəzləşmiş qaydada istiliklə təmin olunur. Maraqlıdır ki, heç bir dövlət qurumundan Bakıda neçə çoxmərtəbəli binanın olduğuna dair məkumat almaq mümkün olmur. Buna görə də istiliklə təchiz olunan binaların ümumi sayda payını müəyyənləşdirə bilmirik. Lakin üzdə olan mənzərə göstərir ki, Bakıda binaların böyük əksəriyyəti hələ də istilik üzünə həsrətdir.” Su təchizatı məsələlərinə toxunan A.Mehtiyev son illərdə bu istiqamətə də xeyli vəsaitlərin yönəldilməsinə rəğmən, nəzərəçarpacaq bir dəyişikliyin müşahidə olunmadığını qeyd edib: “Təsəvvür edin ki, 2007-2008-ci illərdə istehlakçılara verilən suyun həcmi cəmi 0,1 milyon kubmetr artıb (2007-də 363,7 milyon kubmetr, 2008-də isə 363,8 milyon kubmetr). Abunəçilərin sayında da cüzi bir artım var. İstehlakda artm bu qədər cüzidirsə, bəs rəsmi strukturların elan etdiyi yeni kəmərlər, anbarlar, kollektorlar nə üçün yaradılıb?” A.Mehtiyev mövcud vəziyyətin yaranmasına gətirib çıxaran səbəbləri də göstərib. Bunlar:

- Müvafiq qurumlar üzrə səlahiyyət və məsuliyyət dairəsinin dəqiq təyin edilməməsi;

- Müvafiq qurumlar arasında əlaqələndirilmiş iş sisteminin qurulmaması;

- Vətəndaşlar qarşısında məsuliyyətliliyin və hesabatlılığın olmaması;

- İctimai vəsaitlərin istifadəsində şəffaflıq, hesabatlılıq və səmərəliliyin gözlənilməməsi;

- İslahatların həyata keçirilməməsi, xüsusilə əksmərkəzləşmənin və rəqabət mühitinin təmin edilməməsidir.

Tədbirdə çıxış edən Müsavat Partiyası İcra aparatının rəhbəri Arif Hacılı bütün problemlərin kökündə kadr siyasətinin düzgün qurulmaması və korrupsiya amilinin dayandığını qeyd edib: “Bu iki problem isə birbaşa idarəetmədəki ciddi qüsurlardan qaynaqlanır. Buna görə də dəyişiklik üçün mütləq idarəedənlər dəyişməlidir.”

Enerji məsələləri üzrə ekspert İlham Şaban enerji sektorunda, əsasən bu sahə ilə bağlı statistikada yaranmış qarmaqarışıqliqdan söz açıb: “Bu qarmaqarişıqlıqa aydınlıq gətirmək məqsədilə müvafiq dövlət orqanlarına yazılı şəkildə müraciət etməyimizə baxmayaraq, heç bir aydınlıq gətirilmir. Məsələn, 2008-ci ildə qaz hasilatı ilə bağlı ARDNŞ, birgə müəssisələr, əməliyyat şirkətləri və bp-nin məlumatlarını toplayıb, onları Dövlət Statistika Komitəsinin məlumatları ilə müqayisə edəndə, 641 milyon kubmetr fərq yaranır. Ynvar ayının 12-də “Azərenerji” 2009-cu il üzrə öz istehsal göstəricilərini açıqlayıb. Bu göstəricilərə görə Azərbaycanda 18,6 milyard kvsaat elektrik enerjisi istehsal olunub. Statistika Komitəsinin yanvarın 17-də açıqladığı məlumatda isə 17,8 milyard kv.saat elektrik enerjisinin istehsal olunduğu bildirilir. Hər iki orqan deyir ki, bizim rəqəm düzdür. Həftənin əvvəlində Bakıda və rayonlarda enerji ilə bağlı böhran yarandı. Üstündən dörd gün vaxt keçib, indiyədək bununla bağlı rəsmi açıqlama verilməyib”.

Bununla bağı müxtəlif agentliklər və KİV-lərdə müxtəlif rəsmi açıqlamalar verildiyini deyən ekspertin sözlərinə görə, bunların heç birində hadisənin konkret səbəbi göstərliməyib: “Bakı şəhərində hazırda təqribən 1300 meqavattlıq potensial, yəni güc var. İctimaiyyətə dedilər ki, bir xətt açılıb və nəticədə Abşeron yarimadası işıqsız qalıb. Real olaraq Bakı şəhəri neçə mənbədən qidalanır? “Bakıelektrikşəbəkə”nin rəsmi cavab belədir:12 mənbədən. Əgər 12 mənbədən qidalanırsa və açıqlamada bir xəttin açıldığı göstərilirsə, onda niyə belə bir vəziyyət yaranıb? Deyirlər ki, bunu bizdən soruşmayın, “Azəreneji” verməyib”.

Bələdiyyələrin İnkişafı Naminə Alyansın koordinatoru Amil Bayramov hesab edir ki, problemlərin yaranmasının əsas səbəbi indiyə qədər Azərbaycanda inzibati və maliyyə əksmərkəzləşməsi istiqamətində islahatların aparılmamasıdır: “Belə islahatlar aparılsaydı, biz bu gün bu problemlərlə qarşılaşmazdıq. Mən tam əminəm ki, əgər əksmərkəzləşmə istiqamətində zəruri islahatlar aparılsa, biz artıq problemlərin bu səviyyəsindən deyil, başqa məsələlərdən danışardıq və müzakirələr aparardıq”.

Hüquqşünas Eldar Qocayev vətəndaş fəallığının belə məsələrdə mühüm amil olduğunu deyib: “Nəyinsə və yaxud kimlərinsə dəyişilməsi, bütün sistemi dəyişməyəcək. Əgər mən özüm keyfiyyətcə dəyişməsəm, heç nə dəyişməyəcək. Vətəndaş fəallığı olmalıdır ki, yuxarıdan aşağıya qədər hamını məcbur eləsin ki, nəsə işlər görülsün.Bu həm korrupsiya, həm inhisarçılıqla bağlı məsələdir. Bunlar o qədər bir-birinə bağlı məsələlərdir ki, onu ancaq və ancaq cəmiyyətlə birlikdə əl-ələ verib aradan qaldırmaq olar”.

Tədbirdə iştirak edən “Azəriqaz” İstehsalat Birliyinin Qaz Təsərrüfatı və İstismarı şöbəsinin müdiri Vaqif Namazov 2001-ci ilədək qaz təminatı sahəsində vəziyyətin həqiqətən acınacaqlı olduğunu, amma indi xeyli yaxşılaşdığnı söyləyib: “9 milyonluq əhalinin hamısını belə qısa vaxt ərzində qazla təmin etmək çox çətindir. Bu, sadəcə, mümkün olan bir məsələ deyil. Sovet dövründə qazlaşdırılan ərazilərdə qaz borularının çoxunu kəsib aparıblar. Hesab edirəm ki, bu gün Azərbaycanda 85 faiz ərazidə qazlaşdırma həyata keçirilib. Burada qazlaşdırmadan söhbət gedir, əhalinin neçə faizi qaz alırdan yox”.

“Azərsu” ASC Texniki İdarəsinin rəis müavini Bahadır Kəngərli bildirb ki, elektrik enerjisinin kəsilməsi ilə bağlı mərkəzi nasos stansiyalarında problemlər yaranıb: “Məhz, bu səbəbdən əhaliyə göstərdiyimiz xidmətdə problemlər yaranmışdı. Elektrik təchizatının dayandırılması əsasən bizim baş sutəmizliyici qurğularda problemlər yaratmışdı. Hidravlikada, böyük nasoslarda problemlər oldu. Çünki müəyyən vaxt ərzində enerji olmadı. Təchizat bərpa olunduqdan sonra suyun verilməsində olan problemlər aradan qaldırıldı ” .

Tarix: 12 Fevral 2010  |  Baxış sayı: 1189




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV